Mənsur Hadi sonuncu dəfə istefa verdi!

Cümə axşamı 7 Aprel 2022 - 18:17
https://az.iswnews.com/?p=4678

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, istefa vermiş Yəmən hökumətinin prezidenti Əbdrəbə Mənsur Hadi bu səhər öz səlahiyyətlərini Prezident Şurasına təhvil verdiyini açıqlayıb.

Bu gün səhər saatlarında, aprelin 7-də Əbdrəbə Mənsur Hadi Yəmən hökuməti və müxalifət hərəkatlarına onillik rəhbərlik etdikdən sonra səlahiyyətlərinin Rəşad Əl-Əliminin rəhbərlik etdiyi Prezident Şurasına verdiyini elan edib.
Bu şuranın üzvləri aşağıdakılardır:
1- İdrus Əl-Zubaidi (Cənub Keçid Şurasının sədri)
2- Sultan Əl-Aradə (Mərib qubernatoru)
3- Tariq Saleh (Əli Abdullah Salehin qardaşı oğlu və Vətənpərvər Müqavimət Qüvvələrinin komandanı)
4- Əbdül Rəhman Əbu Zəraa Əl-Məhərrəmi (Əl-Əmaləqə Qüvvələrinin komandanı)
5- Abdullah Əl-Əlimi (Prezident Mənsur Hadinin Aparatının rəhbəri)
6- Osman Hüseyn Məcli (Xalq Konqresi Partiyasının üzvü və istefa vermiş Yəmən hökumətinin kənd təsərrüfatı naziri)
7- Fərəc Səlmin Əl-Bəhsani (Həzərmut qubernatoru)

Mənsur Hadinin bu hərəkətinə görə, prezident və birinci vitse-prezident səlahiyyətlərinə malik Prezident Şurası Fars Körfəzi Əməkdaşlıq Şurasının təşəbbüsü ilə keçid dövrünün vəzifələrinin icrasına cavabdehdir.

Mənsur Hadi bundan əvvəl birinci müavini Əli Möhsün əl-Əhmər-ini vəzifəsindən azad etmişdi. Əl-Əhmar Yəmən inqilabını aradan aparmaq və Yəməndə Əl-Qaidə, Ənsar əş-Şəriə-yə yol açmaq və İŞİD terror qruplaşmalarının yaradılmasında Səudiyyə kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə ittiham olunaraq Ənsarullah tərəfindən axtarışa verilib.
Mənsur Hadi son çıxışlarında 2013 və 2014-cü illərdə Milli Dialoq Konfransının nəticələrinə, Körfəz Əməkdaşlıq Şurasının təşəbbüsünə və 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiq qalmağın vacibliyini vurğulayıb. Bu dialoqlar Ənsarullahla əvvəlki illərdə aparılan danışıqlarda mübahisəli məqamlardan olub.

Daha çox oxuyun:
Səudiyyə Ərəbistanı müvəqqəti atəşkəsi qəbul etdi!
Yəməndə müvəqqəti atəşkəs razılaşmasının təfərrüatları

Zəmar qubernatoru və Ənsarullahın cəbhə komandirlərindən biri olan “Məhəmməd Əl-Buxeytinin” Mənsur Hadinin istefası və istefa vermiş Yəmən hökumətinin prezident şurasının yaradılmasına reaksiyası:
“Müharibə başlamazdan əvvəl biz əsas istəklərin (hökumətin) həyata keçirilməsi üçün bütün siyasi üzvləri razılaşdıraraq, prezident şurasının yaradılmasını təklif etdik. Hadi hökumətinin legitimliyini bərpa etmək bəhanəsi ilə elan edilmiş işğal olmasaydı, biz az qala razılaşardıq və onlar prezident şurası yaratmaqdan imtina etməzdilər.
İndi, səkkiz illik müharibədən sonra ABŞ Hadini devirdi, prezident şurası yaratdı və Yəməndəki ilk agentini ona sədr seçdi”.

Ənsarullahın sözçüsü və Yəmənin Qurtuluş Hökumətinin danışıqlar aparan heyətin rəhbəri Məhəmməd Əbdül Salam Mənsur Hadinin istefası və istefa vermiş Yəmən hökumətinin Prezident Şurasının yaradılmasına reaksiyası:
“Yəmənin bu günü və gələcəyi Yəmənin daxilində müəyyən edilir və onun hüdudlarından kənarda həyata keçirilən istənilən fəaliyyət işğalçı ölkələr üçün gülünc şou və oyundur.
Sülhə aparan yol təcavüzü dayandırmaq, mühasirəni ləğv etmək və xarici qüvvələri geri çəkməkdir və bunsuz muzdluları daha gərginliyə və müharibəyə sürükləmək üçün onları yenidən təşkil etmək əbəs cəhddir.
Yəmən xalqının qeyri-qanuni bir tərəfin (Səudiyyə Ərəbistanı) öz ölkəsinin hüdudlarından xaricdə törətdiyi qanunsuz hərəkətlərdən narahatlığı yoxdur”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir