İraqda baş verən son hadisələr, 7 Aprel 2022

Cümə axşamı 7 Aprel 2022 - 16:08
https://az.iswnews.com/?p=4668

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İraqın Həşd Şəəbi təşkilatı Əl-Ənbar vilayətində “Əl-İradət Əl-Salbə” antiterror əməliyyatının başa çatdığını elan edib.

1- Bağdad:
– Aprelin 5-də Bağdad vilayətində Amerika işğalçılarının logistik karvanı İraq müqavimət dəstələrinin hədəfinə çevrildi.
– Aprelin 5-də “Sarul-Muhəndis” müqavimət dəstəsi Bağdad vilayətində amerikalı işğalçıların logistik karvanını hədəfə alıb.

2-Neynəva:
– Aprelin 6-da Mosulun şimalında, Zelkan bölgəsində Türkiyə ordusunun Bəşiqə hərbi bazası səkkiz raketlə hədəfə alınıb. Hücum nəticəsində bazanın telekommunikasiya mərkəzinin zədələndiyi bildirilir.
– Aprelin 4-də Mosulun cənubunda İraq ordusunun nəzarət-buraxılış məntəqəsində kamikadze özünü partladıb. Hücum nəticəsində iki İraq ordusunun zabiti və altı əsgər yaralanıb.

3- Əl-Ənbar:
– Aprelin 5-də “Sarul-Muhəndis” müqavimət dəstəsi Əl-Ənbar vilayətində amerikalı işğalçıların logistik karvanını hədəfə alıb.

– Həşd Şəəbi təşkilatı Əl-Ənbar vilayətində “Əl-İradət Əl-Salbə” antiterror əməliyyatının başa çatdığını elan edib. Əməliyyat bəzi şübhəli əraziləri təmizləmək və İŞİD qalıqlarını təqib etmək məqsədi daşıyıb.

4- Babil:
– Aprelin 4-də Babil vilayətində amerikalı işğalçıların logistik karvanı ”Əshabul-Kəhf” müqavimət dəstəsi tərəfindən hədəfə alınıb.

5- Əl-Musənna:
– Aprelin 3-də Əl-Musənna əyalətində amerikalı işğalçıların logistik karvanı müqavimət dəstələri tərəfindən hücuma məruz qalıb.

6- Səlahəddin:
– Aprelin 3-də Salahəddin əyalətində amerikalı işğalçıların logistik karvanı müqavimət dəstələri tərəfindən hücuma məruz qalıb.

7- Ərbil:
– Aprelin 6-da Ərbildəki Korgesk neft emalı zavodunun yaxınlığına üç raket atılıb. Bu hücum heç bir ziyana səbəb olmayıb.
Bu neft emalı zavodu Kar Group şirkətinə məxsusdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir