İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu olub

Çərşənbə 6 Aprel 2022 - 22:48
https://az.iswnews.com/?p=4643

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Neynəva əyalətinin şimalında yerləşən Zelkan bölgəsindəki Türkiyə hərbi bazası raketlərlə hədəfə alınıb.

İlkin məlumata görə, Mosulun şimalında, Zelkan bölgəsində Türkiyə ordusunun Bəşiqə hərbi bazası səkkiz Qrad raketi ilə hədəfə alınıb. Hücum nəticəsində bazanın telekommunikasiya mərkəzinin zədələndiyi bildirilir.

Hücuma görə məsuliyyəti Əhrar Sincar dəstəsi üzərinə götürüb.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin araşdırmasına əsasən, bu, 2022-ci ilin 21 martından indiyənədək Bəşiqə hərbi bazasına üçüncü raket hücumudur.

Daha çox oxuyun:
İraqın şimalında Türkiyə hərbi bazasına raket hücumu olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir