Sionist rejim heç bir şəkildə müsəlman xalqların dostu ola bilməz – İbrahim Rəisi, Zakir Həsənovla görüşündə

Cümə axşamı, 27 Yanvar 2022 - 01:29
https://az.iswnews.com/?p=463

Təkfirçi və İŞİD qüvvələrinin mövcudluğu heç bir yerdə region xalqlarının mənafeyinə uyğun deyil. Sionist rejim heç bir şəkildə müsəlman xalqların dostu ola bilməz. İran müxtəlif sahələrdə texniki və mühəndislik imkanlarını azərbaycanlı qardaşlara verməyə hazırdır. Bu sözləri Ayətullah Rəisi Azərbaycanın müdafiə naziri ilə görüşündə deyib.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin “Fars News”ə istinadən verdiyi xəbərə görə, Ayətullah Seyid İbrahim Rəisi ötən gün günorta saatlarında Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. O, Zakir Həsnəovla görüşündə deyib: Tehran-Bakı münasibətləri sadəcə olaraq digər ölkələr arasında ənənəvi ikitərəfli əlaqələr yox, ümumi dərin dini prinsiplər üzərində qurulmuş və tarix boyu daha da möhkəm olmuşdur.

Prezident Türkmənistanda keçirilən İƏT Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünə toxunaraq əlavə etdi: “İslam Respublikasının köklü siyasəti qonşuları, xüsusən də Qafqazda Azərbaycanla geniş əməkdaşlıq etməkdir. O görüşdə təkid olunduğu kimi iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, o cümlədən qarşılıqlı tranzit əlaqələrin inkişafı prosesi sürətlənir.

Prezident Rəisi İran İslam Respublikasının İslam İnqilabı sayəsində müxtəlif sahələrdə yüksək imkan və qüdrət əldə etdiyini vurğulayaraq əlavə edib: İran müxtəlif sahələrdə əldə etdiyi texniki və mühəndislik imkanlarını azərbaycanlı qardaşları ilə bölüşməyə hazırdır.

O, söhbətinin başqa bir hissəsində İranın bölgədəki gücünün təhlükəsizliyi təmin etdiyinə toxunaraq əlavə edib: Təkfirçi və İŞİD qüvvələrinin mövcudluğu heç bir yerdə region xalqının mənafeyinə uyğun deyil. Bu terror qruplaşmaları amerikalılar və sionistlər tərəfindən yaradılıb və harada olduqlarından asılı olmayaraq çoxlu cinayət əməlləri törədiblər. Ümidvarıq ki, Azərbaycan Silahlı Qüvvələrinin dəqiq addımı və planı əsasında təkfirçi cəryanlar və müsəlmanlara düşmən olanlar bölgədə mövqe qazana bilməyəcəklər.

Ayətullah Rəisi həmçinin qeyd edib: Sionist rejim bəşəriyyətin düşmənidir və heç bir şəkildə müsəlman xalqların dostu ola bilməz. Sionistlərin bölgədə, xüsusilə Fələstin xalqına qarşı işğal və təcavüz faktı bunun sübutudur.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.