Pəncşir əyalətində Taliban və Əhməd Məsud qüvvələri arasında qarşıdurmanın təfərrüatları + VİDEO

Çərşənbə 6 Aprel 2022 - 12:34
https://az.iswnews.com/?p=4586

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Pəncşir vilayətində Taliban və Əhməd Məsud qüvvələri arasında baş verən qarşıdurma nəticəsində 64 Taliban üzvü ölüb və yaralanıb.

Aprelin 3-də Bədri və Qırmızı Taliban qüvvələri (Taliban xüsusi təyinatlıları) Dərre rayonunun Abdullah Xeyl bölgəsində və Roxe rayonunun Talxe bölgəsində Əhməd Məsud qüvvələrinin mövqelərinə hücum etdi. Əhməd Məsud tərəfdarı media mənbələrinin məlumatına görə, toqquşmalarda ən azı 64 Taliban üzvü ölüb və yaralanıb.
Digər tərəfdən bu toqquşmalarda Əhməd Məsudun səhra komandirlərindən biri “Samiullah Osmani” öldürülüb. Əhməd Məsud qüvvələri tərəfindən itkilər barədə məlumat verilmir.

Toqquşmalar üç gün davam edib və Taliban Bədri və Sorxe qüvvələrini Roxe və Dərre əyalətlərinə yüzlərlə xüsusi təyinatlı göndərərək toqquşmaya dəstək verib.
Həmçinin aprelin 5-də Talibanın qərargah rəisi Qari Fəsihuddin təhlükəsizlik vəziyyətini və Əhməd Məsudun qüvvələri ilə toqquşmalar ətrafındakı məsələləri araşdırmaq üçün Pəncşir vilayətində olmuşdur.

Bu, 2022-ci il martın 21-dən indiyidək Taliban və Əhməd Məsud qüvvələri arasında ikinci ağır qarşıdurmadır. Taliban martın 29-da Bəğlan əyalətinin Deh Salah şəhərində Əhməd Məsud qüvvələrinin mövqelərinə güclü hücuma keçsə də, uğursuzluqla üzləşmişdir.

Daha çox oxuyun:
Əfqanıstanda baş verən son hadisələr, 2 Aprel 2022
Bəğlan əyalətində Əhməd Məsud qüvvələri ilə Taliban arasında qarşıdurma olub

Əhməd Məsud qüvvələrinin kamerasından Roxe şəhərinin Talxe məhəlləsində baş verən qarşıdurmalarla bağlı video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir