Sanaada İranın humanitar yardımı paylanıb + FOTO

Çərşənbə 6 Aprel 2022 - 02:40
https://az.iswnews.com/?p=4571

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İran İslam Respublikasının Sənaadakı səfirliyi Yəməndə ehtiyacı olanlara humanitar yardım paylayıb.

Yardıma müqəddəs Ramazan ayında Sənaa şəhərində kasıblara və ehtiyacı olanlara paylanacaq 2700 ərzaq səbəti daxildir.

Qeyd edək ki, İranın ilk humanitar yükü 2015-ci il martın 1-də Sənaa hava limanında hava yolu ilə, sonuncu yük isə 26 mart 2015-ci ildə təhvil verilib. Bundan sonra Səudiyyə koalisiyasının qırıcıları Sənaa hava limanının uçuş-enmə zolağını bombalayıb və 2015-ci ilin mayında İran təyyarələrinin iki uçuşunun enişinin qarşısını almışdılar.
Yəmən mətbuatının məlumatına görə, Yəmən Qurtuluş Hökuməti və İran arasında Mahan Air və Əl-Yəməniyyə Hava şirkətləri həftədə 14 uçuş həyata keçirməyə razılaşmışdılar. Amma Səudiyyə koalisiyasının Yəməndə işğalının başlaması İranın Yəmənə uçuşlarını dayandırdı.

Daha çox oxuyun:
Yəməndə müvəqqəti atəşkəs razılaşmasının təfərrüatları
Səudiyyə Ərəbistanı müvəqqəti atəşkəsi qəbul etdi!
İnfoqrafik: Yəmən Silahlı Qüvvələri Səudiyyə koalisiyası ilə 7 illik müharibə haqqında məlumat verib
İnfoqrafik: Yəmənə qarşı 2555 günlük müharibənin vurduğu ziyanların statistikası

Şəhid “Şeyx Nimr Baqir Əl-Nimr”in məşhur bir cümləsi var ki, Ənsarullah İslamın şəhid komandirləri Hacı Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin bannerində Sənaadakı Səudiyyə səfirliyinin divarına yapışdırılıb:
Ya biz bu torpaq üzərində azad yaşamalıyıq, ya da torpaq altında azadcasına dəfn olmalıyıq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir