Qazaxıstan prezidentinə sui-qəsd planında İsrail ifşa olundu

Çərşənbə axşamı, 5 Aprel 2022 - 21:37
https://az.iswnews.com/?p=4509

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, “Açıq Əllər” haker qrupu tezliklə Mossad-ın Qazaxıstan prezidenti Qasım Jumart Tokayevə sui-qəsd cəhdləri, habelə İsrailin Qazaxıstandakı dağıdıcı rolu barədə material dərc edəcəyini açıqlayıb.

Bu açıqlamadan sonra İbrani mediaları da qrupun Qazaxıstan prezidentinə sui-qəsd və İsrailin bu ölkədəki dağıdıcı rolu ilə bağlı sənədləri dərc etmək niyyətində olduğunu təsdiqləyib. İbrani mediaları “Açıq Əllər” qrupunun İran haker qrupu olduğunu iddia edir.

Bir müddət əvvəl “Açıq Əllər” haker qrupu Mossad-ın hazırkı rəhbəri ilə bağlı videoçarxda məlumat yaymışdır və bu ifşa onları məşhur etmişdir. Qrupun fikrincə, Mossad rəhbərinin məlumatlarının sızması uzun illər ərzində İsrail hədəflərinə, o cümlədən həssas təhlükəsizlik və hərbi aparatların yüksək səviyyəli rəsmilərinə qarşı gizli kəşfiyyat toplama əməliyyatlarının nəticəsi olub.

Qeyd edək ki, son aylarda müxtəlif haker qrupları sionist rejimin həssas qurumları, təşkilatları və təhlükəsizlik şirkətlərinin mühüm və məxfi fayllarını ifşa ediblər. Bu məsələ İsrail rejiminin kiber təhlükəsizliyini ciddi şəkildə şübhə altına alan bir məsələ olub.

Daha çox oxuyun:

Mossad rəhbərinin məxfi məlumatları ifşa olundu! + Video

İsrailin Hayfa və Aşdod limanlarına kiberhücum! + Video və Fayl

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.