Pakistanın Amerika əleyhinə olan baş nazirini nələr gözləyir?

Mehrab
Yazar:Mehrab
Bazar ertəsi, 4 Aprel 2022 - 22:50
https://az.iswnews.com/?p=4471

İmran Xan deyir ki, amerikalılara Pakistanda hərbi baza tikməyə icazə vermədiyi üçün onlar onu devirmək niyyətindədirlər. Bu hekayənin pərdə arxası nədir?

İmran Xan deyir ki, o, amerikalılara Pakistanda hərbi baza yaratmağa icazə verməyib və həmişə onları Pakistanın qəbilələrin yaşadığı əraziləri bombaladığına görə tənqid edib. Martın 2-də BMT Baş Assambleyasının fövqəladə iclasında Qərb ölkələrinin Rusiyanın əleyhinə səs verməklə hədələyici mesajına cavab olaraq o demişdir: “Biz sizin qullarınızıqmı ki, sizin dediklərinizə əməl edək? Hindistan işğal olunmuş Kəşmir qanununu pozan zaman aranızdan Hindistanla ticarət və əlaqələri kəsən oldumu?
Bizim ABŞ, Rusiya, Çin və Avropa ilə dostluq münasibətlərimiz var, heç bir bloka daxil olmayacağıq, çünki bizim mövqeyimiz neytrallığa əsaslanır və müharibəni dayandırmaq üçün bütün ölkələrlə işbirliyi qurmağa çalışırıq”.

Bu millətçi, populist və mötədil mövqelər zehni onun seçki şüarlarına yönəldir. Amma bu mövqeləri tutmaq Pakistan kimi ölkələr üçün baha başa gəlir, həmçinin qərbyönlü və mötədil siyasi partiyaların, parlamentdəki cərəyanların əli bağlı deyil. Pakistanın yarandığı gündən bəri ümumi siyasəti həmişə dünya gücləri ilə gərgin olmamaq üzərində qurulub.
Bu mövqenin əsas səbəblərindən biri onların Hindistanla fikir ayrılıqları və şimaldakı Əfqanıstanla həmsərhəd olan köklü təhlükələr olub. Ona görə də Pakistan hökumətinin əsas strukturu İmran Xanın və hər hansı digər siyasətçinin Pakistanın böyük siyasətlərini tərk etməsinə imkan vermir. Ona görə də görünmür ki, İmran Xan Pakistanın strukturunda əsaslı dəyişiklik edə bilər. O, parlamenti dağıtmaq və ABŞ-ın dəstəklədiyi etirazlar və Pakistanın qərbyönlü cərəyanlarını seçki bataqlığına salmaq üçün prezidentin səlahiyyətlərindən istifadə edə bilər, lakin onun partiyasının hakimiyyəti yenidən ələ keçirəcəyini proqnozlaşdırmaq çətindir.

İmran Xanın əleyhdarları ona qarşı genişmiqyaslı nümayişlər keçiriblər. Onun hökuməti siyasi cəhətdən yanlış və zəif idarəçilikdə ittiham olunur və çevriliş, məxməri inqilab, xarici siyasi və iqtisadi təzyiq təhlükəsi ilə üz-üzədir.
İmran Xan isə parlamenti dağıdaraq və növbəti 90 gün ərzində növbədənkənar seçkilər keçirməklə ABŞ-a bağlı demokratların tələsindən müvəqqəti xilas olub. Amma qarşıdakı günlər onun üçün alovlu günlər olacaq. Onun yenidən parlament seçkilərində qalib gəlməsi üçün yeni koalisiyalara və daha çox maliyyəyə ehtiyacı var.

Ümumilikdə, siyasi fikir ayrılıqları Pakistanda təhlükəsizliyin yüksək səviyyəsinə gətirib çıxarıb və bu, hökumətdə mühüm rol oynayan Pakistanın təhlükəsizlik və hərbi qurumları üçün yaxşı deyil. Pakistan öz hökumətinə (İslam Respublikası) baxmayaraq, heç vaxt dünya güclərinin, xüsusən də İngiltərə və ABŞ-ın fikirlərinə qarşı addım atmayıb. İmran Xan anti-Amerika siyasətləri və millətçi və populist Pakistan əhval-ruhiyyəsini qızışdırmaqla ölkədəki qərbyönümlü cərəyanları məğlub edə bilər, lakin Pakistanın siyasi strukturunda əsaslı dəyişikliyin heç bir sübutu olmayan başqa amilləri də var. Bu halları Pakistanın gələcək dəyişikliklərində daha çox qeyd edəcəyik…

Daha çox oxuyun:
İmran Xan Avropaya xitabən: Bəyəm biz sizin qullarınızıq?

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.