“Spice” raketləri artıq Azərbaycandadır

Bazar ertəsi 4 Aprel 2022 - 21:02
https://az.iswnews.com/?p=4462

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, artıq Azərbaycan hökuməti İsraildən “Spice-2000” raketlərini təhvil alıb.

Azərbaycan hökuməti öz hərbi hava qüvvələrini İsrailin “Spice-2000” raketləri ilə təchiz edib. Bu havadan yerüstünə atılan raketlər Rafael Military Industries Company tərəfindən üç modeldə istehsal olunur və təyyarələrdə quraşdırılır. Bu raketlərin dəqiqliyi barəsində 3 metr səhv etməsi ehtimalı bildirilib.

Azərbaycan Ordusu bu günlərdə Naxçıvanda keçirdiyi təlimlərdə “Plasan Sand Cat” markalı avtomobillərdən və “Spice” tank əleyhinə raketdən istifadə edib.
Belə görünür ki, Azərbaycan ordusu İsrail silah və texnikasını almaqda israrlıdır və öz alış-veriş siyahısının önündə yerləşdirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir