Hizbullah və Əməl hərəkatlarının Livan hökumətinə xitabən birgə bəyanatları: Amerikanın yalan vədinə inanmayın | İranın elektrik enerjisi təklifini qəbul edin

Bazar ertəsi, 4 Aprel 2022 - 02:32
https://az.iswnews.com/?p=4429

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi RT TV-ə (ərəbcə) istinadən Livanda Hizbullah və Əməl hərəkatları arasında keçirilən görüşdən xəbər verir:
Hizbullah və Əməl hərəkatları Livan hökumətini cəsarətli mövqe tutmağa, ABŞ-ın təzyiqlərinə boyun əyməməyə və Vaşinqtonun Beyrutdakı səfiri Doroti Xiyanın Misir və İordaniyadan enerji təchizatı ilə bağlı yalan vədlərinə inanmamağa çağırıblar.
Bu iki hərəkat həmçinin vurğulayıblar ki, Livan hökuməti bu problemi həll edə biləcək İranın təklifini tez bir zamanda qəbul etməli və bütün Livan xalqını elektrik enerjisi ilə təmin etməlidir.

Qeyd edək ki, İranın xarici işlər naziri Əmir Abdullahianın Livana son səfəri zamanı İranın Livanla ticarət-iqtisadi əməkdaşlıq, eləcə də bu ölkədə 1000 meqavat gücündə iki elektrik stansiyasının tikintisinə hazır olduğunu bəyan etmişdir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.