Yəməndə müvəqqəti atəşkəs razılaşmasının təfərrüatları

Bazar 3 Aprel 2022 - 23:32
https://az.iswnews.com/?p=4424

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmən atəşkəs razılaşması Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə iki ay müddətində həyata keçiriləcək.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Grundberg-in dediklərinə əsasən, Ənsarullah və devrilmiş Mənsur Hadi hökuməti BMT-nin müvəqqəti atəşkəs təklifi ilə razılaşıblar. Bu müqavilə 2022-ci il 2 apreldən 2 iyun tarixinə qədər həyata keçiriləcək və uzadıla bilər.
Bu müvəqqəti müqavilənin təfərrüatları aşağıdakılardır:

1- Razılaşmaya əsasən, Yəmənin daxilində və xaricində bütün quru, hava və dəniz əməliyyatları dayandırılacaq.
2- Neft məhsulları daşıyan 18 gəmi iki ay ərzində Əl-Hudeydə limanına gələcək.
3- Səna hava limanı bu müddət ərzində İordaniya və Misirlə cəmi 16 ticari uçuş həyata keçirəcək.

Müvəqqəti razılaşmanın icrası ilə eyni vaxtda BMT Yəmən tərəfində dinc əhalinin gediş-gəlişini asanlaşdırmaq üçün Taiz, Mərib, Əl-Cəvf və digər vilayətlərdə bağlanmış marşrutların yenidən açılması üçün danışıqlara başlamağa çağırıb.
Atəşkəs uğurlu olarsa, Yəmən tərəfi növbəti addımları nəzərdən keçirə bilər.

Atəşkəs razılaşmasının həyata keçirilməsindən bir gün sonra, son 48 saatda Əl-Hudeydə əyalətində 167, Səada əyalətinin cəbhələrində 7, Həccə əyalətində 2, Taiz vilayətində 2 dəfə atəşkəs rejimini pozulub.
Atəşkəsin ən bariz şəkildə pozulması nəticəsində Səudiyyə koalisiyası Səada vilayətində Şada rəhbərliyinə artilleriya hücumu nəticəsində 3 mülki vətəndaşı həyatını itirib.
Səudiyyə Ərəbistanına bağlı medialar da Ənsarullahın ötən saatlarda Səudiyyə koalisiya qüvvələrinin Taiz və Əl-Hudeydə cəbhələrindəki mövqelərinə hücum etdiyini iddia edib.

Atəşkəs rejiminin pozulmasına baxmayaraq, dizel yanacağı daşıyan Cyplander Sapphire 88 günlük həbsdən sonra Əl-Hudeydə limanına gəlib.

Səudiyyə Ərəbistanına bağlı medialar d ahəmçinin Ənsarullahın ötən saatlarda Səudiyyə koalisiya qüvvələrinin Taiz və Əl-Hudeydə cəbhələrindəki mövqelərinə hücum etdiyini iddia edib. Səudiyyə koalisiyası və Yəmən silahlı qüvvələri razılaşmanı dəstəkləyib və atəşkəslə bağlı öhdəlik götürüblər. İran, ABŞ, Oman və digər iki ölkələr də atəşkəsi alqışlayıb. Bu razılaşmanı təhdid edən isə onun vaxt məhdudiyyətidir.

Daha çox oxuyun:
Səudiyyə Ərəbistanı müvəqqəti atəşkəsi qəbul etdi!
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 3” əməliyyatı ilə bağlı bəyanatı + VİDEO və FOTO
İnfoqrafik: Yəmən Silahlı Qüvvələri Səudiyyə koalisiyası ilə 7 illik müharibə haqqında məlumat verib
İnfoqrafik: Yəmənə qarşı 2555 günlük müharibənin vurduğu ziyanların statistikası

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir