Centcom-un yeni komandiri vəzifəsinin icrasına başlayıb

Bazar 3 Aprel 2022 - 21:03
https://az.iswnews.com/?p=4414

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, general Maykl Erik Korriella Senatda təsdiqləndikdən sonra ABŞ ordusunun Qərbi Asiyadakı Terrorçu Qərargahının (Centcom) yeni komandiri vəzifəsində işə başlayıb.

Aprelin 1-də 18-ci Hava Desant Korpusunun keçmiş komandiri general Maykl Erik Korriella general Kenneth McKenzie-ni əvəz etdi və Centcom terror təşkilatının yeni komandiri vəzifəsini icra etməyə başladı. O, ABŞ-ın Florida ştatında keçirilən mərasimdə Centcom-a komandanlığı öz öhdəsinə götürüb.
2019-cu ilin martından 2022-ci ilin aprelinə qədər bu terror qərargahına general Kenneth MacKenzie rəhbərlik edirdi.
Qərb mətbuatının yazdığına görə, Korriellanın əsas planlarının Əfqanıstan, Yəmən, İraq və Suriyada İŞİD-ə qarşı davam edən əməliyyatlara yönələcəyi gözlənilir.

Senatın Silahlı Qüvvələr Komitəsinin 2022-ci il fevralın 8-də keçirilən iclasında general Korriella İran və onun vəkil qruplarının regiondakı təhlükəli fəaliyyətlərini pisləyərək onları narahatedici adlandırmışdır. Bu iclasda o, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması və İranın regional təsirinə qarşı durmağın vacibliyini vurğulamışdır.
Korriella demişdir ki, Birləşmiş Ştatlar Suriya Demokratik Qüvvələrinə (SDQ) hazırda Suriyanın şimal-şərqindəki düşərgələrində olan İŞİD-lə əlaqəli əcnəbi məhbusların həbsxanalara geri qaytarılmasında kömək etməlidir. Kürdlər həm də son dərəcə bacarıqlı etibarlı tərəfdaşdırlar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir