Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Qırxıncı Günü, 4 Aprel 2022

Bazar ertəsi, 4 Aprel 2022 - 17:34
https://az.iswnews.com/?p=4401

– İzyum bölgəsindəki rus qoşunlarının şəkilləri
Rusiya qoşunları İzyum ətrafında Ukrayna qoşunları ilə qarşıdurmadadırlar və ruslar Slovyansk-a doğru irəliləyirlər.

– Ukraynada ruslarla döyüş zamanı gürcü qüvvələri Rusiya bayrağını yandırıblar.
An-225 təyyarəsinin anqarına görə, bu video Qustomel hava limanında qeydə alınıb.

– Çerniqov cəbhəsində Rusiya artilleriyası Ukrayna ordusuna məxsus bir neçə zirehli texnika və tankı məhv edib. Bu video martın sonuna aiddir.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ukrayna müharibəsi başlayandan bəri Ukrayna ordusuna məxsus 1918 tank və zirehli texnika məhv edilib.

– Rusiya artilleriyasının Ukrayna ordusunun mövqelərinə endirdiyi hücumu Orlan-10 PUA-sı kamerasından baxın.
Orlan-10 PUA-sı; Bu, hava kəşfiyyatı, müşahidə, axtarış-xilasetmə, döyüş hazırlığı, nasazlıq, radiosiqnalın aşkarlanması və çətin ərazidə hədəfin izlənilməsi daxil olmaqla, müxtəlif missiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuş yüngül rusiyalı PUA dır. Bu PUA 2010-cu ildən Rusiya Federasiyası Müdafiə Nazirliyinin xidmətindədir.

– Rubijne qəsəbəsində partizan döyüşləri gedir.
Videodan görünür ki, Severodonetskin şimalındakı Rubijene qəsəbəsində Luqansk və rus qoşunları ilə Ukrayna ordusu arasında toqquşmalar davam edir.
Ukrayna hərbçiləri qəsəbənin yarısına nəzarəti itirsələr də, qalan hissəsini saxlamaq üçün müqavimət göstərirlər. Rubijnenin mühüm rolunu və Severodonetsklə əlaqəsini nəzərə alaraq, rus ordusu və müttəfiqləri qəsəbəni təmizləməkdə və tam nəzarətdə olmaqda israrlıdırlar.

– Ukrayna əsgərləri Rusiya ordusunun TOS reaktiv yaylım atəşinin yanında.
Raket qurğusunun iki gün əvvəl Ukrayna ordusunun tank əleyhinə raketləri ilə hədəfə alındığı bildirilir.

– Qustomel hava limanında gürcü qüvvələrinin Rusiya bayrağına hörmətsizlikləri.

– Ukrayna ordusu Rusiya ordusuna məxsus zirehli maşını tank əleyhinə idarə olunan raketlərlə hədəfə alıb.
Qərbin hədiyyə etdiyi silahların Ukrayna hərbçiləri arasında vaxtında və geniş yayılması Rusiya ordusunun müxtəlif cəbhələrdə zirehli itkilərini xeyli artırıb.
Qərb ölkələrinin Ukrayna ordusuna hədiyyə etdiyi ən mühüm tank əleyhinə silahlar NLAW raketi, FGM-148 Javelin raketi, SMAW-D raketi və Stinger raketidir.

Daha çox oxuyun: Ukrayna qüvvələri Rusiyaya qarşı hansı tank əleyhinə raketlərdən istifadə edir?

– Rusiya qanadlı raketlərinin Ukraynanın cənubundakı Odessa şəhərindəki Ukrayna yanacaq anbarlarını vurmasının videoları.
Raket hücumu dünən, aprelin 3-də baş verib və Odessa yanacaq çənlərinin tamamilə məhv edilməsinə səbəb olub.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.