Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 1 Aprel 2022-ci il + Xəritə

Cümə 1 Aprel 2022 - 20:16
https://az.iswnews.com/?p=4302

Ukraynanın hərbi xəritəsində ən son cəbhə dəyişikliklərinə baxın

Ötən həftə şimal cəbhəsində və Kyiv və Chernihiv ətrafında Ukrayna qüvvələri bir sıra məntəqələri geri alıb.
Kiyevin qərbində Ukrayna qüvvələrinin əks-hücumundan sonra rus qoşunları Kyiv-Zhytomyr yolunun arxasına çəkilib. Ukrayna qüvvələrinin Ivankiv cəbhəsindəki əks-hücumları da Rusiya qüvvələrinin Ivankivin qərbindəki ərazilərdən geri çəkilməsinə səbəb olub.
Kyivin şimalında Ukrayna qüvvələri Irpin su bəndindən su buraxıb və Rusiya qüvvələrinin həmin cəbhə boyunca irəliləməsini dayandıraraq Moshchun və Horenka rayonlarını nəzarətə götürüb.
Kyivin şərqində Ukrayna qüvvələri Rusiya qüvvələrini Brovary bölgəsindən dəf etmək üçün əks hücuma keçib.

Chernihiv ətrafında Ukrayna qüvvələri Chernihivin cənub-qərbində rus qüvvələrini dəf etmək üçün əks hücuma keçib. Digər tərəfdən Rusiya qüvvələri Chernihivin qərbində yerləşən Slavutych kəndini nəzarətə götürüb.

Rusiya ordusunun Kyiv, Chernihiv və digər cəbhələrdə əsas xəttlərdən geri çəkilməsindən sonra Rusiya Müdafiə Nazirliyi ötən həftə edilən geri çəkilmələrin nəzarətli şəkildə və ordunun qarşıya qoyduğu hədəflərə uyğun olduğunu iddia edən bəyanat yayıb. Rusiya Müdafiə Nazirliyi iddia edib ki, son bir ayda əsas məqsəd Ukrayna qüvvələrini mühüm və böyük şəhərlərin müdafiəsində saxlamaq olub, indi də bu məqsədlə qüvvələr bəzi cəbhələrdən geri çəkilib və Rusiya əməliyyatının ikinci mərhələsində Donbass bölgəsi əsas diqqət mərkəzi kimi azad edilməsi naminə təqib ediləcək.

Tam ölçüdə baxmaq üçün klikləyin

Qərb cəbhəsində Ukrayna qoşunları Trostianets qəsəbəsini nəzarətə götürüb. Sumy-nin cənubunda Ukrayna qüvvələrinin əks-hücumları da Rusiya qüvvələrinin məntəqənin bəzi bölgələrindən çıxarılmasına səbəb olub.
Kharkivdən cənub-şərqdə Ukrayna qüvvələri rus qoşunlarını Malaya Rohan bölgəsindən geri çəkilməyə və Xarkov-Chuhuiv yolunun bir neçə kilometrini təmizləyə nail olublar. Kharkivdə vəziyyət son 10 gündə dəyişməyib və şəhər hələ də rus ordusunun bombardmanının şahidi olur.

Tam ölçüdə baxmaq üçün klikləyin

Donbass bölgəsində cənub-şərq cəbhəsində Rusiya və Ukrayna qüvvələri arasında toqquşmalar davam edir. Bu cəbhə hazırda Ukraynanın ən fəal cəbhəsidir və Rusiya ordusunun açıqlamasına görə, yaxın günlərdə bölgədə rus qoşunları ilə Donetsk və Lugansk qüvvələrinin cəmləşməsi daha çox olacaq.
Izyum xəttində rus ordusu Izyum qəsəbəsindən keçərək Slovyansk-a doğru irəliləyir. Ukrayna ordusunun Rusiya və müttəfiq qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün ərazidə yerli su səddini açdığı bildirilir. Bu xəttdə ki irəliləyişin sürəti azdır.

Tam ölçüdə baxmaq üçün klikləyin

Severodonetsk xəttindəki Rubizhne qəsəbəsi cənubunda qarşıdurmalar davam edir. Daha əvvəl rus qoşunları qəsəbəyə nəzarəti öz üzərinə götürdüklərini idda edirdilər, lakin qəsəbənin içindən çəkilən görüntülər Ukrayna əsgərlərinin Rubizhnenin cənub ətraflarında olduğunu və qəsəbənin tam olaraq Rusiya və Lugansk qüvvələrinin nəzarəti altında olmadığını bəlli edib. Həmçinin Rubizhnenin şimal-qərbində rus qoşunları Zhytlivka və Terni ərazilərini və bir sıra digər kəndləri nəzarətə götürüb.

Tam ölçüdə baxmaq üçün klikləyin

Popasna xəttində ərazidəki vəziyyət tam aydın deyil, lakin rus qoşunları şəhərin Rusiya ordusu ilə Ukrayna ordusu arasında təmas xətti olan cənub hissəsində mövcuddur. Belə görünür ki, Popasna xətti hazırda Rusiya ordusu üçün önəmli deyil.
Gorlivka xətti və Donetsk şəhərində Rusiya hərbi qüvvələri son həftələrdə cüzi irəliləyiş əldə edib. Donetskin şimalında Rusiya və Donetsk qüvvələri Verkhnotoretske kəndinə nəzarəti ələ keçirərək şimala doğru irəliləyirlər. Bu xəttdə irəliləməkdə məqsəd Kramatorskın cənub yoluna doğru hərəkət etmək və bu ərazidə Severodonetsk və Kramatorskın mühasirəsini tamamlamaq ola bilər.
Donetskin qərbində Marinkada qarşıdurmalar davam edir. Ukrayna ordusu bu ərazidə yaxşı müqavimət göstərir. Marinkada Ukrayna ordusunun müdafiə xəttini yarmaq Rusiya ordusunun Donetskin qərbinə və şimal-qərbinə doğru irəliləməsinin açarı ola bilər.

Tam ölçüdə baxmaq üçün klikləyin
Donetsk və Lugansk vilayətlərindəki son hərbi vəziyyət – Tam ölçüdə baxmaq üçün klikləyin

Mariupol cəbhəsində Mariupol şəhərində toqquşmalar davam edir. Bəzi rusiyayönlü KİV-lərin şəhərin 80 faizinin Rusiya və Donetsk hərbçilərinin nəzarətində olduğunu iddia edən xəbərlərə baxmayaraq, bu qədər irəliləyiş düzgün deyil və Mariupol şəhərində irəliləyiş ləng gedir. Mariupol şəhəri daxilindəki Donetsk qüvvələrinin birinin dediyinə görə, Ukrayna qüvvələrinin gecəgörmə kameraları, Amerika silahları, rabitə sistemləri və s kimi uyğun fərdi texnikaları var. Digər tərəfdən isə, Donetsk qüvvələrinin daha zəif texnikaları var. Ancaq Mariupolun mühasirəyə alınması səbəbindən şəhərdəki müdafiəçilər uğursuzluğa məhkumdurlar və gec-tez Mariupol şəhəri tamamilə əldən çıxacaq.
Gördüyünüz xəritə Mariupol şəhərindəki son hərbi vəziyyəti göstərir. Xəritəyə gəlincə, qeyd etmək lazımdır ki, təmas xətləri ən son məlumatlar və Mariupoldan əldə edilən informasiyalar əsasında təsvir edilib. Buna görə də xəritənin dəqiqliyi 100% deyil və qüvvələrin hərəkəti ilə xətlər dəyişir.

Tam ölçüdə baxmaq üçün klikləyin

Cənubda, Kherson və Mykolaiv cəbhələrində Ukrayna qoşunları son 10 gün ərzində bir sıra əks-hücumlar həyata keçirərək rus qoşunlarını əsasən Mykolaiv şəhəri ətrafından nisbətən uzaqlaşdıra biliblər. Ukrayna qüvvələrinin irəliləməsi hətta Kherson şəhəri yaxınlığınacan da davam etdi, habelə rus ordusu verdiyi bəyaniyyələrin birində Khersonun qərbindəki Chornobaivka bölgəsində Ukrayna hücumlarını dəf etdiyini demişdir. Hazırda bu xəttdə Rusiya və Ukrayna qüvvələri arasında arabir qarşıdurmalar baş verir və son bir neçə gündə hər iki tərəfdə ciddi irəliləyiş olmayıb.

Tam ölçüdə baxmaq üçün klikləyin

Daha çox oxuyun:
Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 19 Mart 2022-ci il + Xəritə
Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 5 Mart 2022-ci il + Xəritə
Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 3 Mart 2022-ci il + Xəritə

Ukraynadakı son hərbi vəziyyət – Tam ölçüyə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir