İsrail və BƏƏ azad ticarət sazişi imzalayır

Cümə, 1 Aprel 2022 - 21:35
https://az.iswnews.com/?p=4296

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin ərəbdilli KİV-ə verdiyi xəbərə görə BƏƏ və İsrail beş aylıq danışıqlardan sonra bu gün, cümə günü azad ticarət sazişi imzaladılar; BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd Əl-Zeydinin sözlərinə görə, saziş texnologiya, kənd təsərrüfatı və yeni enerji kimi müxtəlif sektorları əhatə edir.

Müqavilə həmçinin müxtəlif malların ticarəti, o cümlədən gömrük, xidmət ticarəti, elektron ticarət və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı məsələləri əhatə edir.

Sionist rejimin baş naziri Naftali Bennett də bunun İsrail-BƏƏ münasibətlərində mühüm məqam olduğunu bildirib: ” Əvvəllər aramızda yaranan yaxşı münasibətlər indi azad ticarət sazişi şəklində möhkəmlənir.”

İsrailin iqtisadiyyat və sənaye naziri həmçinin bildirib ki, iki tərəf arasında münasibətlərin normallaşdırılmasına dair saziş imzalanandan bəri, güclü iqtisadi və ticarət əlaqələrinin qurulması istiqamətində işlər aparılır.

Qeyd edək ki, BƏƏ ilə İsrail arasında ticarət dövriyyəsi son zamanlar artaraq ikitərəfli münasibətlərin normallaşmasının elan edilməsindən sonra son 14 ayda 1,2 milyard dollara çatıb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.