İnfoqrafik: Yəmən Silahlı Qüvvələri Səudiyyə koalisiyası ilə 7 illik müharibə haqqında məlumat verib

Cümə, 1 Aprel 2022 - 17:35
https://az.iswnews.com/?p=4267

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri keçirdiyi mətbuat konfransında Səudiyyə koalisiyası ilə 7 illik müharibənin statistikasını təqdim edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri 21 mart 2022-ci ildə keçirdiyi mətbuat konfransında Səudiyyə koalisiyası ilə 7 illik müharibənin statistikası və təfərrüatlarını açıqlayıb. O, deyib:
“Bu gün biz mübarizənin səkkizinci ilinin ərəfəsindəyik və yeddi illik müqavimətdən sonra dayanmışıq. Bu, azad Yəmən övladlarının Allahın köməyi ilə əldə etdikləri tarixi nailiyyətdir.
Bu müharibədə on minlərlə şəhid və yaralı, milyonlarla insan düşmənlərin ədavəti və mühasirəsinə məruz qalmışdır və bu fədakarlıqlar unudulmayacaq, biz şəhidlərlə bağladığımız əhdə vəfalı olacağıq. Həmçinin əldə etdiyimiz nailiyyətlərimizdən geri çəkilməyəcəyik.
2015-ci il martın 26-da düşmənin qurudan, dənizdən və havadan hərtərəfli hərbi hücumu yəmənliləri təəccübləndirdi.
Birinci ildə işğal misli görünməmiş sürətlə artırdı və həmin il silahlı qüvvələr düşmənin çoxlu sayda hücumlar təşkil etdiyindən düşmənin müxtəlif hücumlarını izləyə bilmirdi. Bir gündə 100-dən 400-ə qədər hava hücumu ilə üzləşdik və bombardmanla yanaşı, dənizdən və sərhədyanı bölgələrdən də işğal şiddətlə davam etdi. Silahlı qüvvələrin müşahidə edə bildiyi hava zərbələrinin ümumi sayı 274243-dür.

Dəhşətli qırğınların səhnələrini unutmuruq. Uşaqlarımızın dağıntılar altından çıxarıldığı səhnələri unutmuruq. Qadınlarımızın qətl səhnələrini unutmuruq. Şəhid analarının göz yaşlarını heç vaxt unutmayacağıq.
Başımıza gələn dəhşətli cinayətləri unutmayacağıq. Qürurlu və uca vətən Yəmən… Bəli Yəmən… Yəmənin tarixini, kimliyini, mədəniyyətini, iqtisadiyyatını və təməllərini unutmayacağıq.

Düşmən olan Amerikanın və onların axmaq muzdluları olan cinayətkar Səudiyyə və Abu Dabi və digər ölkələrin yaratdığı ağrıya, dəhşətə və cinayətlərə baxmayaraq, ağlamadıq! Amma qışqırdıq.
Yəməndə Amerika bombalarından və qadağan olunmuş silahlardan başqa heç nə görmədik. Təhlükəsizliyi əldə etmək üçün Yəmənin daxili işlərinə qarışmağı dayandırın. Təhlükəsizlik hər kəs üçün olmalıdır!

Silahlı Qüvvələr amansız işğala qarşı döyüş zamanı Allah-Taalanın köməkliyi ilə 13208-dən çox hərbi əməliyyat keçirib ki, bunun da 6681-i hücum əməliyyatı, 6527-si isə düşmənin hücumlarının dəf edilməsi və zərərsizləşdirilməsi olub.

Ən görkəmli hərbi əməliyyatlarımız arasında üç mərhələdən ibarət “Nəsrun-minəllah” əməliyyatı, təfərrüatları açıqlanmayan böyük bir hərbi əməliyyat, “Bunyanul-Mərsus” əməliyyatı, “Fə Əmkənu Minhum” əməliyyatı, “Bəəsuş-Şədid” əməliyyatı, “Rabiul-İntisar” əməliyyatı, Əl-Bayda, Əz-Zale, Şəbvə əməliyyatları, “Təvazunur-Rəd” əməliyyatları, üç mərhələdə “Əəsarul-Yəmən”, üç mərhələdə “Kəsrul-Hisar” əməliyyatları və təfərrüatları açıqlanmayan on başqa əməliyyatı xatırlatmaq olar.

Silahlı qüvvələrin əməliyyatları nəticəsində Səudiyyə Ərəbistanı ordusundan 10759, BƏƏ ordusundan 1251, sudanlı muzdlulardan 9440 və 253693-dən çox münafiq, satqın və (Yəmənli) muzdlu öldürülüb və yaralanıb.

17397-dən çox texnika, zirehli texnika, ZTR, tanklar, buldozerlər və hərbi texnika məhv edilərək yandırılıb. Bu əməliyyatlardan 10518 əməliyyat foto və audio ilə sənədləşdirilib.

Raket qüvvələri Yəmən daxilində 1237, Yəmən xaricində isə 589 əməliyyat da daxil olmaqla 1826 hərbi əməliyyat keçirib.

Hərbi Hava Qüvvələrinin PUA bölməsinin əməliyyatlarının sayı 11562 əməliyyat təşkil edir ki, bunların təfərruatları belədir: 2176 daxili əməliyyat, 953 Yəmən xaricində əməliyyat və 8433 kəşfiyyat əməliyyatı.

Hava Hücumundan Müdafiə Qoşunlarının əməliyyatları 4221 əməliyyat təşkil edir ki, bunun da 1971-i dağıntı və tələfatla, 2250-si isə əks-hücum xarakterli olub və düşməni geri çəkilməyə məcbur edib.
Hava hücumundan müdafiə əməliyyatları nəticəsində 158 PUA, 13 qırıcı təyyarəsi, 10 Apaçi helikopteri və 6 hərbi nəqliyyat helikopteri vurulub.
34 Amerika PUA-sı və 95 casus PUA-sı məhv edilib.

Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi 7 il davam edən döyüş zamanı 35 əməliyyat keçirib ki, bunlardan ən mühümü düşmən Səudiyyənin Əl-Mədinə və Əd-Dəmmam və BƏƏ-nin Swift gəmilərinə hücumlar, həmçinin BƏƏ-yə məxsus Rvabi hərbi yüklər daşıyan gəminin Yəmən sularında olduğu zaman ələ keçirilməsi olub.

Quru qoşunları tərəfindən həyata keçirilən əməliyyatların ümumi sayı 211136 olub.
Bu əməliyyatlarda mühəndis bölməsi tərəfindən 52175 əməliyyat, o cümlədən: 22854 düşmən toplumu, 24907 hücum və müdafiə əməliyyatı və düşmən istehkamlarının hədəfə alınması, 4414 düşmənin zirehli və hərbi texnikası əməliyyatı həyata keçirilib.

Zirehli hərbi hissə 7412 əməliyyat həyata keçirib, o cümlədən: düşmənin istehkamlarına, toplanışlarına və kazarmalarına qarşı 2689 əməliyyat, hərbi və zirehli texnikalarına qarşı 4723 hücum.

Artilleriya bölməsi 85634 əməliyyat həyata keçirib, o cümlədən: PUA ilə 1150 birgə əməliyyat, Zilzal-1 raketləri ilə 15269 əməliyyat, nəticədə 1078-dən çox texnikanın, zirehli texnikanın, tankların, artilleriya qurğularının, reaktiv yaylım atəşi sistemlərinin və silah anbarlarının zədələnməsi və ya məhv edilməsi ilə nəticələnib.

Müharibə başlayandan bəri snayper bölməsinin ümumi əməliyyatları 65915 əməliyyata çatıb. Bu bölmə son iki ildə Yəmənin şimal və şərq cəbhələrində iştirakını artıra bilib və Allahın köməkliyi ilə mühüm nailiyyətlər əldə edə bilib. Bölmə fəaliyyətə başlayandan bəri 941 Səudiyyə əsgəri, 1127 sudanlı muzdlu və 54417 münafiq və xainə (yəmənli) hücum olunub. Həmçinin zirehli və hərbi texnikaya 9298 hücum, düşmənin 124 snayperçisi və 8 PUA-sı snayper bölməsi tərəfindən hücum olunub.

Yəmən xalqı və silahlı qüvvələri xarici işğala qarşı özünü müdafiə etmək üçün qanuni hüququndan istifadə edir və öz torpaqlarını, suverenliyini və müstəqilliyini müdafiə etməyə davam edəcək. Bizim xərclədiyimiz önəmli deyil, önəmli olan düşmənlərə xərclətdiklərimizdir. Yəmən Silahlı Qüvvələri Allahın köməyi ilə növbəti mərhələdə döyüş meydanına daxil olacaq yeni keyfiyyətli silahlar üçün sınaq əməliyyatı keçirir.
Biz Allahla əhdimizi təzələyirik və məzlum və qalib xalqa söz veririk ki, inşallah, səkkizinci ildə işğal altında olan torpaqlarımızın azad edilməsinə səbəb olacaq keyfiyyətli hərbi əməliyyatlar baş verəcək. Hədəfimiz təcavüzkarların həyati və ən mühüm bildikləri obyektlər olacaq. Silahlı Qüvvələr Yəmənin bütün azad xalqını azadlığa və müstəqilliyə nail olana qədər müqavimətin davam etdiyi bir vaxtda ötən illərin nailiyyətlərini tam qoruyub saxlamağa çağırır.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.