Ərdoğan: Biz Ukraynada təhlükəsizlik təminatçılarından biri ola bilərik

Cümə axşamı 31 Mart 2022 - 23:06
https://az.iswnews.com/?p=4222

Türkiyə prezidenti ölkəsinin Ukraynada təhlükəsizliyin təminatçılarından biri ola biləcəyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin “Russia Today”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Ərdoğan deyib: “Biz Ukraynanın təhlükəsizliyinin təminatçılarından biri ola bilərik. Bu məsələyə müsbət baxışımız var, lakin detalları dəqiqləşdirmək lazımdır.”

“Ukraynada müharibənin sona çatmasında rol oynamaqdan çox məmnun olarıq, çünki Türkiyə həm Rusiya prezidenti Vladimir Putinin, həm də Ukrayna prezidenti Vladimir Zelenskinin etibar etdiyi bir ölkədir.”

“Biz Putinlə Zelenski arasında görüş keçirməkdə qərarlıyıq və məqsədimiz onları ən qısa zamanda bir araya gətirməkdir” deyə Ərdoğan bildirib.

O əlavə edib: “Ümid edirik ki, Putin və Zelenski arasında görüş üçün tarix təyin edə biləcəyik və baş nazirlər səviyyəsində görüş keçirməyə hazırıq. Rusiyanın Kiyev və Çerniqov ətrafında əməliyyatlarını azaltmaq qərarı olduqca mühümdür‌‌

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir