Suriyada baş verən son hadisələr, 22-29 Mart 2022

Çərşənbə 30 Mart 2022 - 23:09
https://az.iswnews.com/?p=4194

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Türkiyənin dəstəklədiyi terrorçular Hələbin şimalında, Təl Rafat şəhərinin ətrafında kürd silahlılarının mövqelərini hədəfə alıb.

1- Hələb:
– Martın 28-də Mənbəc şəhərində terrorçuların cəbhə komandirlərindən birinin avtomobili partladılıb. Bu hadisə nəticəsində ölənlərin sayı barədə məlumat yoxdur.
– Martın 29-da Türkiyənin dəstəklədiyi terrorçular Suriyanın Afrin şəhərinin ətrafında iki mülki vətəndaşı həbs ediblər.
– Martın 23-də Türkiyənin terrorçular Hələbin şimalındakı Təl Rafat şəhərinin ətrafında kürd silahlılarının mövqelərini hədəfə alıblar.

2- İdlib:
– Martın 28-də Rusiya qırıcı təyyarələri Muərrə ən-Nasandakı hədəflərə hava zərbələri endiriblər.
– Martın 28-də Rusiya qırıcı təyyarələri və Suriya ordusunun Muərrə ən-Nasan bölgəsindəki hədəflərə növbəti artilleriya hücumları nəticəsində Türkiyə ordusunun iki üzvü yaralanıb.
– Martın 29-da Suriya ordusunun qüvvələrindən biri terrorçular tərəfindən şəhid edilib. Onun şəhadətinin dəqiq yeri və vaxtı açıqlanmayıb.

3- Dəraa:
– Martın 28-də Suriya ordusuna məxsus avtomobil Dəraa-Umm əl-Mayazen magistral yolunda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində zədələnib.

4- Deyr əz-Zor:
– Martın 28-də Beynəlxalq Koalisiya Qüvvələri və SDQ Deyr əz-Zorun şərqindəki Əl-Ömər neft yatağında hərbi təlimə başlayıblar. Ərazidən eşidilən partlayış səsləri bu təlimlər səbəbindən olub.
– Martın 28-də Deyr əz-Zorun şimalında Suriya Demokratik Qüvvələrinin (SDQ) hərbi qərargahına naməlum şəxslərin hücumu nəticəsində SDQ üzvü öldürülüb.

5- Həsəkə:
– Martın 28-də Əl-Hul qaçqın düşərgəsində İŞİD ünsürləri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında baş verən qarşıdurmada bir İŞİD üzvü öldürülüb, bir neçə nəfər isə yaralanıb. SDQ-nin məlumatına görə, bu şəxs kamikadze olub. SDQ bildirir ki, İŞİD Əl-Hulda Həsəkə həbsxanasında olduğu kimi oxşar əməliyyatlar həyata keçirmək niyyətindədir.

6- Raqqa:
– Martın 23-də Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarını hədəfə alıb.
– Martın 28-də Ceyş əl-Vətəni terror qruplaşmasının cəbhə komandiri Yasin Əhməd Raqqanın şimalında yerləşən Səluk məntəqəsinin cənub ətrafında avtomobilin partladılması nəticəsində həlak olub.
– Martın 28-də Suriya Demokratik Qüvvələri (SDQ) nəzarət-buraxılış məntəqələrində 40-a yaxın mülki vətəndaşı həbs edib.

Keyfiyyətli Xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir