İşğal olunmuş Fələstində son hücumların icmalı; İsrail intihar edir, yoxsa İŞİD Fələstinə ayaq basıb?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Çərşənbə, 30 Mart 2022 - 23:00
https://az.iswnews.com/?p=4188

İsrailin regional şəraitdən sui-istifadə etməsi və işğal olunmuş Fələstində müqavimətlə on il müharibəsi İbrahim sazişinin icrasını sürətləndirdi və ərəb dünyasında İran və müqavimət cəbhəsi ilə qarşı-qarşıya qalacaq koalisiyaya ehtiyac yaratdı. Bu yaxınlarda Nəqb səhrasında keçirilən siyasi görüş aydın şəkildə bunu göstərir.

Son bir həftə ərzində işğal olunmuş Fələstinin Beer-Səbo və əl-Xadira qəsəbələrində sionistlərə qarşı iki silahlı əməliyyat keçirilib və onun müxtəlif aspektlərini araşdırmaq çox vacibdir. İki əməliyyat nəticəsində altı sionist və hücumları həyata keçirən üç fələstinli həlak olub.
Bu hadisələr iki mühüm məsələ ilə əlaqələndirilir:
1- Sionist rəsmiləri və mediasının müqavimət cəbhəsinə (İrandan Fələstinlilərə qədər) şiddətli hücumu.
2- ABŞ, israil, Misir, Mərakeş, BƏƏ, Bəhreynin Nəqb səhrasında altı tərəfli toplantıları.

Sionist rəsmilərinin sözlərinə görə, Nəqb toplantısında nüvə məsələsindən tutmuş regional məsələlərə qədər İranla bağlı olan bütün hədəflər müzakirə olunacaq. Sionist rejimin baş naziri Naftali Bennett ABŞ-ın Xarici İşlər naziri Antoni Blinkenlə görüşü zamanı verdiyi son bəyanatda, İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın terrorçu siyahısından çıxarılmamalı olduğunu, İranın nüvə gücünə qarşı mübarizə aparılmasının vacibliyini və müttəfiqlərinin, o cümlədən Ənsarullahın bölgəyə nüfuzunu müzakirə edib. Digər tərəfdən o, sionist mediası “İbrahim Müqaviləsi” adlandırılan İsrail ilə münasibətlərin normallaşdırılması planının Fələstinin xeyrinə irəliləyişini göstərərək, fələstinli dəstələri və onların tərəfdarlarını regionda sülhün bərqərar olması üçün maneə adlandırıb.
Sionist rəsmilər və mediaları “terrorizm” ifadəsi üzərində xüsusi olaraq mediada psixoloji manevrlə İŞİD və Əl-Qaidə ilə yanaşı müqavimət dəstələri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) adlarını dəfələrlə qeyd edərək, ərəblərlə regional ittifaq (İvrit-Ərəb NATO) yaratmağa can atırlar.
Belə ki, işğal altındakı Fələstinin cənubunda və şimalında eyni vaxtda silahlı hücumların həyata keçirilməsi və daha sonra İŞİD-in bu hücumlara görə məsuliyyəti üzərinə götürən bəyanatın xəbərinin yayılması bəzi suallar doğurur:

1- İddia olunur ki, Əməliyyat fələstinlilər tərəfindən könüllü şəkildə həyata keçirilib və İsrail kəşfiyyat orqanları görüntüləri dəyişərək videoları İŞİD-ə aid edib. Əgər bu ssenari doğrudursa, o zaman Fələstin müqavimət dəstələrinin rəsmi açıqlamalarının yayımlanması və bu əməliyyatların onlar tərəfindən icra olunub-olunmamasını elan etmələrinə ehtiyac duyulur.

2- Digər bir iddia budur ki, Beer-Səbo və Əl-Xadiradakı silahlı hücumları törədənlərin hamısı İŞİD üzvləri olub. Əgər bu ssenari doğrudursa, bu həm İŞİD-i izləməkdə israilin kəşfiyyat-təhlükəsizlik zəifliyinə və ya israilin İŞİD-ə Fələstinə daxil olmalarına qəsdən icazə verərək müqavimət dəstələrinin bu şübhəli hücumları dəstəkləməsindən sonra bu hücumların İŞİD-ə aid olduqlarını sosial mediada yaymaq məqsədi də ola bilər.

İsrail bu şəxslərin (Əymən Əğbariyyə və Xalid Əğbariyyə) hüquqi sənədlərini təqdim etməklə, Əl-Xadiranın hücumunu törədənlərin əmiuşağı olduqlarını və 2016-cı ildə İŞİD-ə qoşulmaq məqsədilə Türkiyəyə getdiklərini, lakin buna nail olmadıqlarını və onların Fələstində İsrail təhlükəsizlik gücləri tərəfindən nəzarətə alındıqlarını iddia edib. Sionist rejimi həmçinin onların cib telefonlarına nüfuz etdiyini iddia edərək silahlı əməliyyatdan əvvəlki anlarının videosunu yayıb. Hekayənin maraqlı tərəfi odur ki, onların bu videosu İŞİD-ə çatmayıb və İsrail tərəfindən yayılıb. Çünki İŞİD-in açıqlamasının yayıldığı zaman, israil tərəfindən bu videonun yayılmasından saatlar keçmişdir. İŞİD videodakı görüntülərdən istifadə edərək bəyanatın mətnində əl-Xadira və Beer-Səbo hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Əl-Xadirada sionistlərə hücum edənlər

Digər ehtimal isə hücumların arxasında israilin olmasıdır. İddia olunur ki, israil kəşfiyyatı müxtəlif vasitələrlə onlara silah və hərbi texnika çatdıraraq hücumu həyata keçirməyə istiqamətləndirib. Təbii ki, Beer-Səbo hücumu məsələsində bu ehtimal daha zəifdir, çünki hücumu törədən şəxs maşınla sionistlərə, daha sonra isə soyuq silahla digər insanlara hücum edib.

Bir sözlə bu əməliyyat Fələstinin müqavimət əməliyyatlarına bənzəmir. Buna görə də, hadisəni mühakimə etmək üçün bir az da səbr etməli və daha çox məlumatın intizarında olmalıyıq.

Daha çox oxuyun:
Təl-Əvivin şimalında iki fələstinli əməliyyat keçiriblər + VİDEO
İşğal altındakı Fələstində ABŞ və Ərəb ölkələrinin görüşü baş tutub
Gənc fələstinli cihadi əməliyyat keçirib + Video
İran israilə havadan, dənizdən və qurudan hücumlar hazırlayır!

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.