Əsgəranda uğursuzluq, mediada vaxt satın alma taktikası + VİDEO

Çərşənbə axşamı, 29 Mart 2022 - 13:54
https://az.iswnews.com/?p=4145

Qondarma Dağlıq Qarabağ İnformasiya Mərkəzinin məlumatına əsasən, Azərbaycan ordusu qüvvələri Fərrux kəndindən geri çəkilib və oraya Rusiya Federasiyasının sülhməramlıları daxil olublar. Lakin Azərbaycan ordusu qüvvələri Qaraqlux yüksəkliyinin şərq hissəsini boşaltmaqdan imtina etməkdə davam edir.

Bazar ertəsi (martın 28-də) Azərbaycan ordusu Əsgəranda yerləşən Qaraqlux yüksəkliyindən yeni video yayımlayıb. Həmçinin, Azərbaycan Müdafiə Nazirliyinə bağlı qeyri-rəsmi mənbələr bu günlərdə Fərrux kəndinin ələ keçirilməsi görüntülərini yayıblar və geri çəkilmə ilə bağlı heç nə demirlər.

Qaraqlux yüksəklikləri o qədər mühümdir ki, hər iki tərəf oraya nəzarəti ələ götürmək istəyir. Qaraqlux Azərbaycanın nəzarəti altında olan Ağdam çölünü və ermənilərin nəzarəti altında olan Əsgəranı kontrol edə biləcək yüksəkliyə malikdir.
Bu yüksəkliklərin əksəriyyəti ermənilərin ixtiyarındadır və Azərbaycanın onun üzərində cəmi bir neçə gözətçi səngəri var və iki tərəf arasında Rusiya sülhməramlıları yerləşdirilib. Belə görünür ki, gec-tez Azərbaycan ordusu bu yüksəkliyi boşaltmalı olacaq.

Minsk Qrupu və Avropa Şurasının liderləri kimi Rusiya, ABŞ və Fransanın xəbərdarlıqları yalan xəbərlərlə örtülməkdə davam edir. Belə görünür ki, Azərbaycan tərəfi geri çəkilmə elanını gecikdirməklə böyük uğursuzluğunu gizlətməyə çalışır.

Daha çox oxuyun:
Qondarma Dağlıq Qarabağda gərginlik artıb – Müharibə olacaq?

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.