Sionist rejim regional təhlükəsizliyə təhdiddir – General Baqiri

Çərşənbə, 26 Yanvar 2022 - 03:05
https://az.iswnews.com/?p=412

Fars Xəbər Agentliyinin məlumatına görə, ötən gün (25 yanvar) Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, İran İslam Respublikasının Silahlı Qüvvələri Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

Görüş zamanı general-mayor Baqiri deyib: Ümid edirəm ki, İrana səfəriniz iki ölkə arasında, xüsusən də müdafiə, texniki və hərbi məsələlərdə əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün yaxşı fürsət olacaq.

General-mayor Baqiri deyib: Biz azərbaycanlı qardaşlarımızı görməkdən hər zaman məmnunluq hissi duyuruq; Çünki bütün İran xalqı özünü Azərbaycanın müsəlman xalqına yaxın hiss edir.

İran İR Silahlı Qüvvələrin Baş Qərargah rəisi İran İslam Respublikasının hər hansı işğala qarşı çıxmaq siyasətinə toxunaraq deyib: Azərbaycanın işğal olunmuş ərazilərinin otuz ildən sonra azad edilməsi İnqilabın Ali Məqamlı Rəhbərini və İran xalqını sevindirdi.

Cənab Baqiri vurğulayıb: İki ölkə arasında tarix, din, məzhəb, dil və digər məsələlərdə çoxlu ortaq cəhətlər var və İran İslam Respublikası hökumətinin siyasəti qonşularla əlaqələri inkişaf etdirməkdir; Bütün bunlar bizim sizinlə daha yaxın münasibət qurmağa sövq edir.

Cənab Baqiri qeyd edib: Biz öz ölkəmizə qarşı həssas olduğumuz qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünə də həssasıq.

O, daha sonra anlaşılmazlıqların qarşısını almaq üçün iki ölkə arasında daha çox danışıqların aparılmasının vacibliyini vurğulayıb və deyib: Bizim köklü siyasətimiz regional məsələlərin region dövlətləri tərəfindən və yad müdaxilələr olmadan həll edilməsidir.

Sərdar Baqiri söhbətinin davamında əlavə edib: Sionist rejimin bölgədə mövcudluğu təfriqə amili və region ölkələrinin təhlükəsizliyi və sabitliyinə təhdiddir.

General Baqiri regionda terrorist vəhhabilərin təhlükəsinə toxunaraq vurğulayıb: Suriya və İraqdakı terrorçular məğlub olsalar da, məhv edilməyiblər. Bu terrorçular regionda, o cümlədən Əfqanıstanda, Qafqazda və Orta Asiyada yayılmağa çalışırlar. Bunun üçün region ölkələrinin əməkdaşlığı lazımdır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi həmçinin İran İslam Respublikasının Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində abadlıq və yenidənqurma işlərində iştirak etməyə hazır olduğunu açıqlayıb.

Daha çox oxuyun:

Azərbaycanın İİR-dakı səfirinin İran İslam Respublikasının müdafiə naziri ilə görüşündə nələr baş verdi? – Huseyniyyun faktoru

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.