Hərbi Məlumat: Kalibr Qanadlı Raketi

Çərşənbə 30 Mart 2022 - 08:04
https://az.iswnews.com/?p=4117

3M-54 və 3M-14 Kalibr qanadlı raketləri Rusiya istehsalı olan dəniz, quru və hava məkanlarından atıla biləcək strateji taktiki qanadlı raketləri ailəsindəndir. Bu raketlər quruda və dənizdə müxtəlif hədəflərə çox yüksək dəqiqliklə hücum etmək üçün nəzərdə tutulmuşdur.

Kalibr qanadlı raketlərin müxtəlif növü var, hər biri funksiyadan və modeldən asılı olaraq müxtəlif adlara malikdir. Raketlər iki versiyada, biri “yerli” versiyada Rusiya Silahlı Qüvvələrində istifadə üçün və digəri başqa ölkələrə satış üçün “ixrac” versiyasında istehsal olunur.

Bəzi versiyaları son anda hədəfə zərbə mərhələsində ultrasəs sürətə nail olmaq üçün orta raket mühərrikləri var. Bu xüsusiyyət müdafiə sistemlərinin bu növ raketlərə reaksiya vermək vaxtlarını azaldır.

Bu tipli raketlərin gəmi və sualtı versiyalarının dizaynı, hissələrin bu raketlər arasında maksimum oxşarlığı təmin etmək üçün quraşdırılmışdır; əlbəttə ki, əsas vacib hissələrin bəziləri böyük fərqlərə malikdirlər. Məsələn, gəmi versiyasında raket gücləndiricisi raketin şaquli işə salındığına görə idarəetmə vektoruna ehtiyacı var, lakin sualtı buraxılış versiyasında bu sistem tələb olunmur. Kalibr raketlərinin şaquli borulardan atılması, onun çoxsaylı böyük və kiçik hərbi gəmilərdə istifadəsinə imkan verir. Deməli, bu cür sursata malik olan istənilən ölkənin Hərbi-Dəniz Donanması onun yüksək dəqiqliyə malik və strateji, həmdə uzaqdakı hədəfləri vura bilən raketlərə sahib olması mənasını daşıyır.

Hava versiyasında, raketə ətraf mühitin təsirini azaltmaq məqsədi ilə raket qapalı boru içində yerləşir və raket qırıcı təyyarədən buraxıldıqdan sonra borudan çıxır və atılır.

Rusiya ordusundakı heçbir Kalibr raketinin mənzili dəqiq məlum deyil, lakin keçmiş əməliyyatları və raketin operativ istifadəsini (Ukrayna müharibəsində) nəzərə alsaq, həmçinin mühafizəkarcasına hesablansa, raketin ən uzun mənzilli versiyası üçün maksimum 2500 kilometr məsafə müəyyən etmək olar.
Beləliklə, Kalibr qanadlı raketi ümumi və ya termonüvə döyüş başlıqları ilə 2500 kilometr məsafədə 3-metrlik xəta ehtimalı (CEP) ilə hədəfləri çox yüksək dəqiqliklə vura bilər. Raketin uçuş tavanı 1000 metrdir, lakin buraxılışdan sonra və yol boyu yerdən 50-150 metr və dənizdən 20 metr hündürlükdə qalxıb hərəkət edir.
Raketin naviqasiya sistemi Ətalət inertiyal (INS) və peykəd idarə olunan sistemlərinin birləşməsidir.

Kalibr raket versiyaları

Rus ordusunda istifadə olunan versiyalar:
Rusiya Hərbi Dəniz Qüvvələrinin yerli və istifadə olunan versiyaları iki ümumi kateqoriyaya bölünür: 3M-54 və 3M-14, K və T şəkilçiləri ilə. “K” şəkilçisi sualtı qayıqlardan atəş açmaq və T şəkilçisi hərbi gəmilərindən atəş açmaq imkanı deməkdir.
3M54 raketinin iki ümumi 3M54K 3M54T versiyası var.
3M54K raketi: Gəmi əleyhinə raketdir və sualtı qayıqdan atəş açılır. Onun uzunluğu 8,22 metr, döyüş başlığı 200 kq-dır. Onun mənzili 375-500 km-dir.
3M54T raketi: Gəmi əleyhinə raketdir və hərbi gəmilərdən (VLS) şaquli surətdə atılır. Raketin uzunluğu 8,9 metr, döyüş başlığı isə 200 kiloqramdır. Onun mənzili 375-500 km-dir.

3M14 raketinin iki ümumi 3M14K 3M14T versiyası var.
3M14K raketi: Yer-üstü hədəflər üçün nəzərdə tutulub və sualtı qayıqdan atılır. Raketin uzunluğu 6,2 metr, döyüş başlığı isə 450 kiloqramdır. Onun mənzili 2500 km-dir.
3M14T raketi: Yer-üstü hədəflər üçün nəzərdə tutulub və hərbi gəmilərdən (VLS) şaquli surətdə atılır. Raketin uzunluğu 8,9 metr, döyüş başlığı isə 450 kq-dır. Onun mənzili 2500 km-dir.

Rusiya hərbi hava qüvvələrinin digər Kalibr qanadlı raketlərinin havadan atılan və yerüstü buraxılış versiyaları var. Lakin raketlərin dəqiq xüsusiyyətləri barədə ətraflı məlumat yoxdur. Qeyd etmək yerinə düşər ki, Rusiya ordusunun Kalibr qanadlı raketlərinin əksəriyyəti dəniz versiyası növündəndir. İndiyədək Rusiya hərbçiləri bu raketin daha çox dəniz versiyalarından istifadə ediblər.

Kalibr-M adlı bu tipli raketlərin yeni versiyası da hazırlanır. Daha böyük döyüş başlığı, təxminən 4500 kilometr mənzili olan bir raketdir. Raketin 2022-2025-ci illər arasında istehsal olaraq Rusiya Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün hazır olması gözlənilir.

İxrac versiyaları:
Kalibr qanadlı raketlərin ixrac edilən və zəiflədilmiş versiyaları (mənzil və dəqiqliyə görə) dörd əsas kateqoriyaya bölünür: Club-T, Club-N, Club-S və Club-A.
Club-S versiyaları sualtı qayıqlar, Club-N versiyaları hərbi gəmilər, Club-T versiyaları yer-üstü, Club-A versiyaları isə havadan buraxılır.

Club-S versiyasında 3M-54E Club-S, 3M-54E1, 3M-14E, 91RE1 tipli 4 növ var.
– 3M-54E Club-S: Gəmi əleyhinə raketdir və sualtı qayıqdan atılır. Onun uzunluğu 8,2 metr, döyüş başlığı 200 kq-dır. Mənzili 220 km-dir.
– 3M-54E1: Sualtı qayıqdan gəmi əleyhinə atılır. Raketin uzunluğu 6,2 metr, döyüş başlığı isə 200 kq-dır. Mənzili 300 km-dir.
– 3M-14E: Raket yer-üstü hədəflər üçün hazırlanıb. Sualtı qayıqdan atılır. Uzunluğu 6,2 metr, döyüş başlığı 450 kq-dır. Mənzili 300 km-dir.
– 91RE1: Sualtı qayıqdan sualtı qayıq əleyhinə istifadə olunan raketdir. Onun uzunluğu 7,65 metr, döyüş başlığı isə 76 kq-dır. Onun mənzili 50 km-dir.

Club-N versiyasında 3M-54TE Club-N, 3M-54TE1, 3M-54TE, 91RTE2 tipli 4 növ var.
– 3M-54TE Club-N: Gəmi əleyhinə raketdir və 8,9 metr uzunluğunda və 200 kq döyüş başlığı olan hərbi gəmilərdən (VLS) şaquli atılır. Mənzili 220 km-dir.
– 3M-54TE1: Gəmi əleyhinə raketdir və 6,2 metr uzunluğunda və 200 kq döyüş başlığı olan hərbi gəmilərdən (VLS) şaquli atılır. Mənzili 300 km-dir.
– 3M-14TE: Yer-üstü hədəflər üçün nəzərdə tutulub və 8,9 metr uzunluğunda və 450 kq döyüş başlığı olan hərbi gəmilərdən (VLS) şaquli atılır. Mənzili 300 km-dir.
– 91RTE2: Sualtı qayıq əleyhinə hərbi gəmilərdən (VLS) şaquli atılır. Onun uzunluğu 8,9 metr, döyüş başlığı isə 76 kiloqramdır. Onun mənzili 40 km-dir.

Club-T versiyasında iki növ 3M-54E2 hərbi gəmiləri hədəfə almaq üçün, 3M-14E1 isə quruda hədəfləri vurmaq üçün var. Bu raketlər sahilyanı müdafiə üçün qeyri sabit raket sistemləri kimi istifadə olunur. Raketlərin 450 kiloqramlıq döyüş başlığı var və ehtimal olunur ki, onların 300 kilometr mənzili var.

Club-A versiyası 3 növə malikdir: 3M-54AE, 3M-54AE1 və 3M-14AE.
– 3M-54AE1 və 3M-54AE versiyaları qırıcılardan atılan gəmi əleyhinə raketlərdir. 3M-54AE raketinin çəkisi 1950 kiloqramdır. Raketin 200 kiloqramlıq döyüş başlığı və 300 kilometr mənzili var.
– 3M-14AE – qırıcılardan atılan yerüstü hədəflər əleyhinə raketdir. Uzunluğu 6,2 metr, çəkisi 1400 kiloqram, döyüş başlığı 450 kq-dır. Mənzili 300 km-dir.

Kalibr Qanadlı Raketi-nin texniki xüsusiyyətləri (3M14T Versiyası):
Uzunluğu: 8.9 Metr
Diametr: 0.533 Metr
Qanadları: 3.080 Metr
Çəkisi: 2300 Kq
Döyüş Başlığı: 450 Kq Güclü Partlayışlı Və Qəlpəli
Mənzil: 2500 km
Sürət: 2.9 Max
Uçuş Tavanı: 1000 Metr
Uçuş Hündürlüyü: 50-150 Metr
İdarə: Ətalətlə + Peyk
Dəqiqlik: 3 Metr CEP
İstehsal: Rusiya

Tam ölçüdə baxmaq üçün klikləyin

Sosial şəbəkələrdə paylaşmaq üçün ingilis, ərəb, kürd, fars, rus, çin və ivrit dillərində “Kalibr Qanadlı Raketi” posterlərinin toplusu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir