Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 27 Mart 2022

Bazar, 27 Mart 2022 - 21:13
https://az.iswnews.com/?p=3974

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Əfqanıstanın Təxar əyalətinin Dəşti Qala şəhəri qubernatoru Moləvi Əbdül Qadirin komandanlığı altında olan silahlılar Taliban qüvvələri ilə qarşıdurma yaşayıblar.

1- Bəğlan:
– Martın 25-də Əhməd Məsudun qüvvələri mərkəzi Bəğlanın Novruzək şəhərində iki Taliban üzvünü qətlə yetirib.
– Martın 26-da “Azadlıq Korpusu Cəbhəsi” silahlı qruplaşma Talibana qarşı silahlı mübarizə aparmaq məqsədi ilə mövcud olduğunu elan etdi.

2- Bəlx:
Martın 25-də Əfqanıstanın şimal əyalətlərinin o cümlədən, Bəlx əyalətinin yüzlərlə sakini təşkil olunmuş mitinqdə Taliban hökumətini dəstəklədiklərini bəyan ediblər. Mitinqdə yerli Taliban rəsmiləri də iştirak edib.

3- Təxar:
– Martın 26-da Taliban silahlıları Moləvi İsmail Faruq başçılıqı ilə, Dəşti Qala qubernatoru özbək əsilli Moləvi Əbdul Qadir Hamedi Xace-Ğar şəhərində həbs ediblər. Moləvi Əbdül Qadirin mühafizəçiləri və Taliban arasında baş verən qarşıdurmada onun iki mühafizəçisi öldürülüb.
– Martın 26-da Taliban qüvvələri keçmiş hökumətdə Müdafiə Nazirliyinin keçmiş zabiti Seyid Bismillah Sadatı Taliqan şəhərinin Verta Boz məhəlləsində işgəncə ilə öldürüblər.
– Martın 27-də Kələfqan şəhərində Taliban silahlıları arasında baş verən qarşıdurma nəticəsində yerli Taliban rəsmisi Moləvi Əbdun-Naser ağır yaralanıb və komaya düşüb.

4- Daykendi:
– Martın 26-da naməlum silahlı şəxslər Əştərli rayonunda bir nəfəri qətlə yetiriblər. Bəzi yerli mənbələr onun keçmiş hökumət hərbçisi olduğunu bildiriblər.

5- Nənqərhar:
– Martın 25-də axşam saatlarında naməlum silahlı şəxslər (ehtimal ki, İŞİD) Nənqərharın dördüncü rayonunun Zərrinabad məhəlləsində Talibanı hədəfə alıb. Toqquşmalarda iki Taliban üzvü öldürülüb, biri isə yaralanıb.

6- Faryab:
– Martın 26-da naməlum silahlı şəxslər Dolatabad şəhərinin Sarangi məhəlləsində “Zərif” adlı mülki şəxsə sui-qəsd edərək öldürüblər.

7- Kabil:
– Martın 25-də Taliban hökuməti hicri-şəmsi təqvimini hicri-qəməri təqvimi ilə dəyişdirdi.
– Martın 25-də bir sıra şagird və müəllimlər yürüş keçirib, qız məktəblərinin açılmamasına etiraz ediblər.
– Martın 26-da Taliban Xarici İşlər Nazirliyi Yəmənin Ənsarullah hərəkatının Səudiyyənin neft obyektlərinə qarşı əməliyyatlarını qınayıb və mülki hədəflərə hücumu pisləyib.

8- Hərat:
– Martın 27-də Əfqanıstan və İran fotoqraflarının ilk birgə fotosərgisi keçirilib. Bu sərgi Martın 31-dək ziyarətçilər üçün açıqdır.

9- Helmənd:
– Martın 26-da “Şir Məhəmməd” adlı şəxs Taliban işgəncələri ilə öldürüldü. Bu şəxs əvvəlki hökumətdə Ləşkərgah şəhərinin altıncı məntəqəsində polis məmuru olub.
– Martın 27-də naməlum silahlı şəxslər Navə şəhərində bir nəfəri qətlə yetiriblər.
– Martın 27-də Ləşkərgah şəhərində maqnitli bombanın partlaması nəticəsində iki mülki şəxs yaralanıb.

10- Bədəxşan:
– Əfqanıstan Azadlıq Cəbhəsi qüvvələri Kəşm-Feyzabad yolunda baş verən qarşıdurmada 3 Taliban üzvünün öldürüldüyünü iddia edib.

11- Keçmiş hökumətin Baş Qərargah rəisi general Yasin Zia Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Türkiyədə general Əbdül Rəşid Dostumla görüşüb.

12- Pakistan:
Martın 24-də Pakistanda “Təhrik-e-Taliban Pakistan” (TTP) təşkilatının Əfqanıstan sərhəddində Pakistan əsgərləri ilə yaşadığı qarşıdurma dörd pakistanlı əsgər və naməlum sayda Pakistan Talibanı üzvü həlak olub. Toqquşma Pakistan Talibanı üzvlərinin Əfqanıstandan Pakistanın Şimali Vəziristan əyalətinin Hüseyn Xel bölgəsinə daxil olduqları zaman baş verib.

Daha çox oxuyun:
Əfqanıstanda Talibana qarşı iki silahlı qruplaşma öz mövcudluqlarını elan ediblər
Əfqanıstanda baş verən son hadisələr, 17 Mart 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.