Yəmən xalqı Milli Müqavimət Günü münasibətilə yürüş edib + FOTO

Bazar 27 Mart 2022 - 14:16
https://az.iswnews.com/?p=3930

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmən xalqı Milli Müqavimət Günü münasibətilə Ənsarullah tabeliyində olan əyalətlərdə böyük yürüş keçirib.

Yəmən xalqı Milli Müqavimət Günü yürüşünün sonunda bəyanat verib. Bəyanatın qısasını sizə təqdim edirik:
“Qəhrəmanlarımızı düşmən ərazisinin dərinliklərinə hücum etdiklərinə görə təbrik edirik.
Müharibənin səkkizinci ilində də xalqımız bundan sonra da güc və qüdrətlə müqavimət göstərəcəkdir. Biz İnqilab Rəhbərinin hərbi, iqtisadi, təhlükəsizlik və media cəbhələrinin gücləndirilməsi ilə bağlı göstərişlərini həyata keçirməyə hazırıq. Biz prinsipial mövqelərimizi, xüsusilə Fələstin məsələsini vurğulayırıq.
Biz işğal olunmuş ərazilərdəki bütün insanları işğalçıları və muzdluları qovmaq üçün ayağa qalxmağa çağırırıq.
Biz təcavüzkarları Yəmənə qarşı mühasirə və hücumu dayandırmağa və bu illər ərzində onların başına gələnlərdən dərs almağa çağırırıq”.

Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşşat Milli Müqavimət Günü münasibəti ilə etdiyi çıxışda Səudiyyə liderlərinə dolayı və çox mühüm mesajda Ənsarullahın bütün hücumlarını üç günlük dayandırdığını elan edib. Səudiyyə Ərəbistanına qarşı koalisiya hücumlarına və mühasirəyə son qoymağa çağırıb.

Daha çox oxuyun:

Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 3” əməliyyatı ilə bağlı bəyanatı + VİDEO və FOTO

Yəməndə Milli Müqavimət Günündən görüntülər
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir