Hərbi Məlumat: Fateh-313 Ballistik Raketi

Şənbə 26 Mart 2022 - 02:09
https://az.iswnews.com/?p=3744

Fateh-313 raketi 22 avqust 2015-ci ildə İran tərəfindən nümayiş etdirilən quru tərkibli yanacaqla qısa mənzilli ballistik raketdir. Bu raket Fateh raket silsiləsinin yeni nəslidir və Fateh-110 raketindən daha yüngül gövdəyə, daha inkişaflı hərəkət qabiliyyətinə, daha çox mənzilə və dəqiqliyə malikdir.

Bu raket İraqda yerləşən Eyn əl-Əsəd bazasına qarşı İranın “Şəhid Süleymani” əməliyyatı zamanı istifadə edilib və bu raketin çox yüksək dəqiqliyi sübuta yetirilib. Maksimum səhvi 3 metr olan Fateh-313 raketi İranda və dünyada ən yaxşı nöqtə raketlərindən biridir.

Bu raketdə daha təkmil inertial naviqasiyadan istifadə edilərək və ola bilsin ki, peyk naviqasiyası ilə birləşdirilərək, Fateh-313 raketini son ana qədər idarə etmək imkanı verən bir növ idarə sistemi əldə edilib.

Fateh-313 uzunluğu və diametri baxımından Fateh-110 raketi ilə demək olar ki, eynidir; Lakin daha çox enerji istehsal gücünə malik yeni hərəkətverici sistemin istifadəsi raketin məsafəsini 200 km-dən 500 km-ə qədər artırıb. Bu raket sırf quru yanacaqdan istifadə edən Fateh-110 raketindən fərqli olaraq “Quru tərkibli yanacaq”dan istifadə edir. Quru tərkibli yanacaqın istifadəsi daha yaxşı yanacaq səmərəliliyi, daha çox təhlükəsizlik və uçuş zamanı raketin daha çox sabitliyi ilə nəticələnir.

Fateh-313 raketi mənzilinin artırılması İran üçün daha çox hədəfi əlçatan edir və onun yüksək dəqiqliyi, qeyri sabit buraxılış qurğusundan istifadəsi və ölkənin istənilən bölgəsinə sürətlə göndərilməsi İrana öz raketlərini ərazi daxilində daha çox yerdən atmağa imkan verir. Bu raketin sayılan xüsusiyyətləri ona raketi buraxmazdan əvvəl düşmənin raket qurğusuna hücum etmək cəhdlərini çətinləşdirir.

Fateh-313 ballistik raketinin texniki xüsusiyyətləri:
Uzunluq: 8,86 Metr
Diametr: 0,61 Metr
Çəkisi: 4500 kq
Döyüş Başlığı: 500 kq-a Qədər Güclü Partlayıcı Maddələr
Yanacaq: Bir Mərhələli Quru Tərkibli
Mənzil: 500 km
Sürət: 4-5 Max
İdarə: Ətalətlə Sona Qədər İdarə Etmək Qabiliyyəti İlə
Dəqiqlik: 3 Metr CEP
İstehsalçı: İran

Tam ölçüdə baxmaq üçün klikləyin

Sosial şəbəkələrdə paylaşmaq üçün ingilis, ərəb, kürd, fars, rus, çin və ivrit dillərində “Fateh-313 Ballistik Raketi”nin posterlər toplusu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir