Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 3” əməliyyatı ilə bağlı bəyanatı + VİDEO və FOTO

Şənbə 26 Mart 2022 - 01:19
https://az.iswnews.com/?p=3733

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri “Mühasirəni yarmaq 3” əməliyyatının təfərrüatlarını açıqlayıb.

Açıqlamaya görə, Ənsarullah Aramco-nun Ciddədəki obyektlərini və Ər-Riyaddakı həyati hədəflərini qanadlı raketlərlə, Ras əl-Tanura və Rabiğ neftayırma zavodlarını, Nəcran və Cizandakı Aramco-nun obyektlərini bir neçə kamikadze PUA-sı ilə və Cizan, Əbha, Xəmis-Məşit və Zəhran Əl-Canubda həyati hədəflərə bir neçə raketlə hücum edib.

Adından da göründüyü kimi, Ənsarullah bu silsilə əməliyyatları Səudiyyə koalisiyasının Yəməni hərtərəfli mühasirəyə almasına cavab olaraq həyata keçirilir. Ənsarullah “Mühasirəni Yarmaq 1 və 2” əməliyyatlarında da Səudiyyənin müxtəlif şəhərlərində Səudiyyə koalisiyasının mövqelərinə geniş miqyaslı raket və pilotsuz uçuş aparatları ilə zərbə endirmişdi.

Daha çox oxuyun:
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 1” əməliyyatı ilə bağlı bəyanatı
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 2” əməliyyatı ilə bağlı bəyanatı

Ənsarullahın raket hücumu nəticəsində Zəhran Əl-Cənub şəhərində su çənlərinə ziyan dəyib
Video №1: Ənsarullah hücumları səbəbindən Ciddə neft emalı zavodundakı yanğın
Video № 2: Ənsarullah hücumları səbəbindən Ciddə neft emalı zavodundakı yanğın
Video № 3: Ənsarullah hücumları səbəbindən Ciddə neft emalı zavodundakı yanğın

Səudiyyə koalisiyası, uzun illər davam edən vərdişinə görə, Ənsarullahın hücumlarını dəf etdiyini iddia etdi! Lakin görüntülər və videolarda Ənsarullah raketləri və PUA-larının Səudiyyə Ərəbistanının mühüm neft obyektlərini vurduğu görünür.

Ciddə neft emalı zavodu, Samitə elektrik stansiyası və Zəhran əl-Cənub su çənlərinin hədəfə alınması Yəmənin “Mühasirəni Yarmaq 3“ əməliyyatının əsas mesajıdır. Əslində, Ənsarullahın Səudiyyə koalisiyasının yanacaq daşıyan gəmilərin Əl-Hüdeydə limanına çatmasının qarşısını alması və Yəmən şəhərlərinin su və elektrik obyektlərini bombalamasına düzgün cavabı belə hücumlardır.

“Mühasirəni Yarmaq 3“ əməliyyatındakı zərbələrin həcmi Ənsarullah raket və PUA qüvvələrinin hücumları həyata keçirməkdə yüksək gücü və dəqiqliyindən xəbər verir. Bu hücumlar Rusiya və Ukrayna ordularının raket və dron hücumları ilə müqayisədə daha yüksək həcm, dəqiqlik və keyfiyyətə malikdir.
Onu da nəzərə alın ki, Ənsarullahın əlində olan raketlər və dronlar əsasən İran Silahlı Qüvvələrinin silahlarına əsaslanan kopyalar və ya dizaynlardır. İranın raket və dronlarının qabiliyyəti və dəqiqliyi, lazımi yerdə, Ənsarullah hücumlarından qat-qat yüksəkdir…

Ciddədəki Aramco obyektində baş verən yanğın güclənir və onun qarşısını almaq çətinləşir.
Bununla bağlı Səudiyyə mediası küləyin Ciddə şəhərində yerləşən Aramco neft obyektlərində alovların artmasına səbəb olduğunu və yanğının söndürülməsi əməliyyatlarının davam etdiyini bildirib.

Aramco-nun Ciddədəki obyektinin başqa bir peyk şəkli Ənsarullahın hücumu nəticəsində dəyən ziyanın böyük olduğunu göstərir. Ənsarullahın güclü zərbəsi nəticəsində bir yancaq çəni tamamilə dağılıb, digər beş yancaq çənə və obyektinə ciddi ziyan dəyib.
Ənsarullahın PUA və ya raketinin Ciddədəki Aramco neft emalı zavodunun çənlərinə dəydiyi anın videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir