Rusiya qazını Avropaya satmaq ancaq rublla mümkün olacaq!

Şənbə, 26 Mart 2022 - 00:42
https://az.iswnews.com/?p=3730

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Rusiya qazı Avropaya rublla satmaq qərarına gəldikdən sonra Avropada qazın qiyməti 34 faiz artıb.

Rusiya prezidenti Putinin yeni qərarına əsasən, “Dost olmayan” ölkələr (48 ölkə, o cümlədən ABŞ, Avropa İttifaqı, İsveçrə, Norveç, Yaponiya və …) Rusiyadan təbii qaz almaq üçün rubl ödəməli olacaqlar və bunun heç bir alternativi yoxdur. Bu qərardan sonra qazın qiyməti 34%-dən çox artıb və enerji vəziyyəti Avropa ölkələri üçün daha kritik xarakter alıb.

Rusiyanın bu addımı Avropa şirkətlərini istəmədən Rusiya valyutasını dəstəkləməyə vadar edir ki, bu da Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına təsirini azaldır.
Rusiyanın ən böyük qaz idxalçısı olan Almaniya rəsmiləri bu addımı qaz müqaviləsinin pozulması adlandırıblar. Rusiyanın ikinci ən böyük qaz müştərisi olan İtaliya Rusiya qazının pulunu rublla ödəmək istəmədiyini, lakin Avropa sanksiyalarında Rusiyaya kömək edə biləcəyini bildirib.

Ümumilikdə, Avropanın Rusiyadan qaz almağa davam etmək və onun haqqını rublla ödəmək, yoxsa qaz idxalının başqa üsullarına, o cümlədən Amerika gəmilərindən qaz idxal etmək barədə qərar vermək üçün bir həftə vaxtı var.

Daha çox oxuyun:
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Otuzuncu Günü, 25 Mart 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.