İranın xarici işlər naziri Dəməşqə səfər edib

Çərşənbə 23 Mart 2022 - 20:06
https://az.iswnews.com/?p=3630

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Suriyanın yüksək rütbəli rəsmiləri ilə görüşmək üçün bir heyətlə Dəməşqə səfər edib.

Bu gün səhər İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Suriya rəsmiləri ilə görüşmək üçün Tehrandan Dəməşqə səfər edib.
Onun ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional və beynəlxalq hadisələri müzakirə etmək üçün Suriya rəsmiləri ilə görüşü planlaşdırılır.

İranın xarici işlər naziri Dəməşqə çatdıqdan sonra Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad tərəfindən qəbul edilib. Əl-Miqdad deyib: Biz region ölkələrlə, o cümlədən İran və ərəb ölkələri ilə əlaqələri qoruyub saxlamaq və gücləndirməyi vurğulayırıq. Suriya və İran arasında koordinasiya həm regional, həm də beynəlxalq səviyyədə davam edir. Biz İranın yanında olduğumuzu bildiririk.

Qeyd edək ki, bu, Əmir-Abdollahianın Suriyaya üçüncü səfəridir. 2021-ci ilin sentyabr və oktyabr aylarında o Suriyaya səfər etmişdir.

İran İslam Respublikasının xarici işlər nazirini daşıyan təyyarənin getdiyi yol
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir