Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Səkkizinci Günü, 23 Mart 2022

Çərşənbə 23 Mart 2022 - 12:13
https://az.iswnews.com/?p=3612

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Birinci Günü, 24 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İkinci Günü, 25 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Üçüncü Günü, 26 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Dördüncü Günü, 27 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Beşinci Günü, 28 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Altıncı Günü, 1 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yeddinci Günü, 2 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Səkkizinci Günü, 3 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Doqquzuncu Günü, 4 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Onuncu Günü, 5 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Birinci Günü, 6 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On İkinci Günü, 7 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Üçüncü Günü, 8 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Dördüncü Günü, 9 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Beşinci Günü, 10 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Altıncı Günü, 11 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Yeddinci Günü, 12 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Səkkizinci Günü, 13 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Doqquzuncu Günü, 14 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirminci Günü, 15 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Birinci Günü, 16 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi İkinci Günü, 17 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Üçüncü Günü, 18 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Dördüncü Günü, 19 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Beşinci Günü, 20 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Altıncı Günü, 21 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Yeddinci Günü, 22 Mart 2022

– Sevastopolun Qara dəniz sahillərində Rusiya hərbi gəmilərindən bir neçə Kalibr qanadlı raketlər Ukrayna ordusunun mövqeləri və infrastrukturuna qarşı atılıb.
Müharibənin əvvəlindən indiyədək Rusiya ordusu Kalibr qanadlı raketlərdən istifadə etməklə Ukrayna ordusunun strateji mövqelərini davamlı olaraq hədəfə alıb. Beləliklə, dəqiq Kalibr raketləri Ukrayna müharibəsində Rusiyanın hərbi raket zərbələri qismində ən çox istifadə olunan raketlərdəndir.

– Mariupol döyüşlərində rus ordusunun çeçen qüvvələri.
Dəniz sahilində yerləşən Mariupol şəhərində Rusiya və Ukrayna orduları arasında şiddətli qarşıdurmalar davam edir. Şəhərin təxminən 35 faizi hazırda Rusiya ordusunun nəzarəti altındadır.

– “Javelin” tank əleyhinə raketin Rusiya ordusunun zirehli maşınına dəyməsinin videosu.
Javelin raketi idarə olunan, əks-hücum, tank və piyada əleyhinə raket növüdür. Bu raket Amerika istehsalıdır. Onun, 75-2500 metr arası mənzili var və 4000 metr məsafədə hədəfi aşkar edir. Bu raketin nüfuz gücü 600 ilə 800 mm arasındadır. Bu raketi həm də qapalı yerlərdən atəş açmaq olar.
ABŞ və Litva Ukraynaya 2000 belə raket göndərib.

Daha çox oxuyun:
Ukrayna qüvvələri Rusiyaya qarşı hansı tank əleyhinə raketlərdən istifadə edir?

– Rusiya Donetskin şimalındakı Kramatorsk hava limanını bombalayıb.
Kramatorsk meri bugünkü hücum zamanı yanacaq və hərbi texnika anbarlarının məhv edildiyini təsdiqləyib. Onun sözlərinə görə, bu yerlərin koordinatlarını rusiyayönlü şəxslər verib.

– Ukrayna ordusunun artilleriyasının Ukrayna meşələrində Rusiya hərbi maşınlarına hücumunun PUA görüntüləri.

– Ukrayna ordusu Luqansk şəhərində sursat anbarına hücum edib.
Ümumiyyətlə, Rusiya ordusunun və Donetsk və Luqansk qüvvələrinin Donbas cəbhəsində irəliləməsi yavaşlayıb.
Donetsk və Luqanskın etnik rusların çoxluq təşkil etdiyi bölgələr olduğu bilinir, lakin münaqişənin şiddətinə görə indiyədək 300 minə yaxın köçkün ukraynalı Rusiya şəhərlərinə daxil olub.

– Son günlər İrpin şimalının su altında qalan ərazilərinin şəkilləri yayılıb. Son günlər Ukrayna ordusu rus ordusunun bu cəbhədə irəliləməsinin qarşısını almaq üçün İrpinin şimal su bəndini açıb.
Bu ərazidən alınan peyk şəkilləri də su bəndin aşağısında olan məntəqənin su altında qaldığı görsənir.
Müharibə başlayandan Ukrayna ordusu tərəfindən Kiyev şəhəri ətrafında körpülərin və kommunikasiya yollarının dağıdılması rus ordusunun Kiyevə doğru irəliləməsinin sürətini azaltmaq və qarşısını almaq üçün ən təsirli üsullardan biri olub.
Su bəndinin koordinatı: 30.36732,50.74831

– Rusiya Müdafiə Nazirliyi Qara dənizdəki hərbi gəmisindən səkkiz “Kalibr” qanadlı raketin atılmasının videosunu yayıb.
Dünən sosial şəbəkələrdə Rusiya hərbi gəmilərinin Sevastopol sahillərində “Kalibr” qanadlı raketləri atması ilə bağlı video yayımlanmışdır.
Raketlərin Ukraynanın şimal-qərbindəki Ryone şəhəri yaxınlığındakı hədəfləri vurduğu bildirilir.

– Rusiya Müdafiə Nazirliyi K-300P Bastion-P qeyri sabit sahil müdafiə sisteminin Krımdan Ukraynadakı hədəflərə bir neçə raket atmasının videosunu yayıb.
K-300P Bastion-P raket sistemi gəmilərlə, eləcə də yer hədəfləri ilə mübarizə aparmaq üçün istifadə edilən sahil müdafiə sistemidir. Bu sistem bütün növ gəmiləri məhv etmək qabiliyyətinə malikdir və onun uçuş məsafəsi dəniz məqsədləri üçün 350 km, quru məqsədləri üçün isə 450 km-dir.

– Rusiya hava məkanına qoyulan qadağa bəzi ölkələrin bəzi istiqamətlərə səyahət vaxtını şiddətli dərəcədə artırıb. Səyahət xərcləri də artıb.
Məsələn, Londondan Tokioya təxminən 4 saat daha çox vaxt lazımdır. Bəzi aviaşirkətlər səyahət vaxtı ilə əlaqədar Asiyaya uçuşlarını ləğv ediblər.
Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin məlumatına görə, 19 ölkənin aviaşirkətləri yeni marşrutlar hesabına həftədə 37,5 milyon dollardan çox xərcləyirlər.

Mariupoldakı son hərbi vəziyyət + Xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir