Mosulda kütləvi məzar tapılıb
Çərşənbə axşamı 22 Mart 2022 - 15:37
https://az.iswnews.com/?p=3583
İraqın Neynəva əyalətinin rəsmiləri 143 naməlum cəsədin olduğu kütləvi məzarlığın aşkar edildiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Nas News-ə istinadən xəbər verir ki, İraqın Neynəva əyalətinin rəsmiləri Mosulun Dəclə çayının sağ sahilində yerləşən əl-Rifai məhəlləsində 143 cəsədlə birlikdə kütləvi məzarlıqdan cəsədləri çıxardıqlarını vurğulayıblar.
Məlumata görə, cəsədlərin şəxsiyyəti hələlik müəyyən edilməyib, lakin onların görsənən vəziyyəti onların İŞİD terrorçularına qarşı müharibə və Mosulun azad edilməsi dövrünə aid olduğunu göstərir.
İraqda hələ də cənub bölgələrdə BƏƏS rejiminin, şimal və qərb bölgələrində isə İŞİD terrorçularının cinayətlərinin nəticəsi olan çoxsaylı kütləvi məzarlıqlar var.
Rəy