Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 2” əməliyyatı ilə bağlı bəyanatı

Bazar 20 Mart 2022 - 17:58
https://az.iswnews.com/?p=3503

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri “Mühasirəni yarmaq 2” əməliyyatının təfərrüatlarını açıqlayıb.

Yəmənin Ənsarullah Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, “Mühasirəni Yarmaq 2” əməliyyatının birinci mərhələsində Aramco-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı kritik obyektləri, Yənbu limanı və … kamikadze PUA-lar, ballistik raketlər və qanadlı raketlərlə hücuma məruz qalıb.
İkinci mərhələdə isə Əbha, Xəmis Məşit, Cizan, Samta, Zəhran Əl-Cənub bölgələrindəki həyati və əhəmiyyətli hədəflər kamikadze PUA-lar, ballistik raketlər və qanadlı raketlərlə hücuma məruz qalıb.

Əməliyyat nəticəsində Səudiyyə Ərəbistanının cənub şəhərlərində müxtəlif mövqelər, o cümlədən cənubdakı Zəhran şəhərində elektrik stansiyası, Şəqiq suyu şirin etmə zavodu və Cizan şəhərindəki Aramco obyekti dağıdılıb, atəşə tutulub. Həmçinin Ciddə və Əbha hava limanlarında uçuşların ciddi şəkildə təxirə salınması Ənsarullah hücumlarının effektivliyini göstərir.

Ənsarullah bundan əvvəl 2022-ci il martın 10-da Ər-Riyaddakı Aramco neft emalı zavoduna, Cizandakı Aramco şirkətinə və Əbha hava limanına qarşı “Mühasirəni Yarmaq 1” əməliyyatı həyata keçirmişdi.

Daha çox oxuyun:
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 1” əməliyyatı ilə bağlı bəyanatı
Ənsarullahın Səudiyyə koalisiyasının Səudiyyə Ərəbistanındakı mövqelərinə raket və dron hücumu + Şəkillər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir