Hasəkədə İŞİD və kürd silahlıları arasında qarşıdurmalar davam edir + Video

Bazar ertəsi, 24 Yanvar 2022 - 23:48
https://az.iswnews.com/?p=345

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Əl-Sənaə həbsxanası və ətrafında kürd silahlı birləşmələri ilə ABŞ-ın rəhbərlik etdiyi İŞİD ünsürlərinə qarşı koalisiya arasında qarşıdurmalar ardıcıl beşinci gündür ki, davam edir.

Suriya Demokratik Qüvvələri (SDF) və Daxili Təhlükəsizlik Qüvvələri (YPG) ABŞ koalisiyasının havadan dəstəyinə, Əl-Sənaə həbsxanası və ətrafındakı İŞİD mövqelərini bombalamasına baxmayaraq, o qədər də uğur qazana bilməyib və İŞİD terrorçuları müqavimət göstərməkdə davam edir.

Dünəndən etibarən ABŞ koalisiyasının PUA-ları Əl-Sənaə həbsxanası və ətraf məhəllələr üzərində geniş şəkildə uçuşlar edir və eyni zamanda ABŞ koalisiyasının İŞİD ünsürlərinə qarşı hava hücumları davam edir.
SDF-ə yaxın mənbələr dünən səhər (bazar günü) kürd silahlılarının əməliyyatı zamanı 13 İŞİD üzvünün öldürüldüyünü, daha ikisinin isə saxlanıldığını iddia edib. Həmçinin dünən Suriya Demokratik Qüvvələri (SDF) Həsəkə şəhərinə girməyə cəhd edən 3 İŞİD üzvünü həbs edib. Saxlanılanlardan biri Misir vətəndaşıdır.

Amerika koalisiya qüvvələrinin və texnikasının Həsəkə şəhərinə daşınması davam edir.

İŞİD-in verdiyi açıqlamada, Əl-Sənaə həbsxanasına hücumun iki kamikadze Əbu Əbdül-Rəhman və Əbu əl-Faruq əl-Muhacirəyn tərəfindən həyata keçirildiyi və İŞİD terrorçularının həbsxanaya dörd istiqamətdən hücum etdiyi bildirilib. Açıqlamada həmçinin deyilir: Hücumun əvvəlində kürd silahlılarına hava dəstəyini kəsmək üçün həbsxananın ətrafındakı yanacaq tankerləri yandırılıb. İŞİD mediası qarşıdurmalar zamanı bu terror qruplaşmasının 800-dən çox üzvünün indiyədək Əl-Sənaə həbsxanasından qaçdığını və bir neçə həbsxana əməkdaşının əsir götürüldüyünü iddia edib.

Qeyd edək ki, İŞİD qruplaşması əsirlərin şəkillərini yayımladıqdan sonra onların ailələri Həsəkə şəhərinə toplaşaraq SDF və Amerika koalisiyasını məhbusların azad edilməsi üçün daha təsirli tədbirlər görməyə çağırıblar.

Kürd silahlıları çoxlu sayda İŞİD məhbusunun qaçması, eləcə də Hasəkədə dinc sakinlər arasında İŞİD ünsürlərinin gizlənməsi səbəbindən əl-Zəhur məhəlləsində komendant saatı elan ediblər.

İŞİD-in həbsxanaya hücumu yalnız məhbusların azad edilməsi deyil həmçinin daha böyük məqsədlərin pərdə arxasında olduğu görünür. Bu terror qruplaşmasının quru və hava hücumlarına qarşı beş günlük müqavimət göstərməsi, hücumdan əvvəl dəstək, kəşfiyyat və müdafiə sektorlarında önvədən diqqətli bir planlaşdırma olduğunu göstərir. Digər tərəfdən, bu terror qruplaşmasının İraq və Suriyanın müxtəlif bölgələrində fəaliyyətlərinin artdığının şahidi oluruq.

ABŞ-ın qurduğu bu oyunun bölgədə başqa ssenarilərin başlamasına gətirib çıxaracağını ehtimal veririk.

Daha çox oxuyun:

Həsəkədə İŞİD ünsürləri ilə kürd qüvvələri arasında qarşıdurmanın təfərrüatları + Video

İŞİD terror qruplaşması Həsəkənin Əl-Sənaə həbsxanasına hücumu nəticəsində bir sıra kürd silahlılarının ələ keçirildiyini göstərən yeni video yayımlayıb
Həsəkənin Əl-Sənaə həbsxanasında İŞİD ünsürlərinin olmasını əks etdirən video
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.