Suriyada baş verən son hadisələr, 12-17 Mart 2022

Şənbə 19 Mart 2022 - 18:53
https://az.iswnews.com/?p=3412

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Suriya Demokratik Qüvvələri Əl-Şəddadi şəhərindən 800-ə yaxın İŞİD məhbusunu Əl-Həsəkə vilayətinin şimalındakı naməlum yerə köçürüb.

1- Hələb:
– Türkiyənin dəstəklədiyi terrorçular Afrinin ətrafında 50 zeytun ağacını kəsiblər.
– Türkiyənin dəstəklədiyi terrorçular Hələbin şimal ətrafındakı Racu şəhərində bir mülki vətəndaşı həbs ediblər.
– Hələbdə bombanın partlaması nəticəsində 3 uşaq həlak olub.

2- İdlib:
– Naməlum silahlı şəxslər İdlibin qərb kənarındakı Armanaz qəsəbəsində iki mülki vətəndaşı hədəfə alıblar. Hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
– “Kurin” şəhərindən olan “Rəşid Rza Əl-Rufai” adlı 19 yaşlı suriyalı gənc türk sərhədçiləri tərəfindən öldürülüb.

3- Dəraa:
Suriya ordusunun patrul avtomobili Dəraa əyalətindəki Xərbət Qəzalə bölgəsi yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

4- Deyr əz-Zor:
– ABŞ əsgərləri Deyr əz-Zorun şərq kənarındakı Əl-Şəhil şəhərində patrul xidməti edib.
– İŞİD üzvləri olduğu güman edilən naməlum silahlı şəxslər Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr əz-Zorun cənub-şərqində yerləşən əs-Səbhədə yerləşən qərargahına hücum edərək iki nəfəri yaralayıblar.

5- Həsəkə:
– Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkənin cənubundakı bəzi əraziləri təmizləmək üçün əməliyyata başlayıb. SDQ qüvvələri Həsəkənin Ğuveyran məhəlləsində növbəti əməliyyata başlayıb.
– Hasəkənin cənubunda SDQ maşınına naməlum silahlı şəxslərin hücumu nəticəsində iki Suriya Demokratik Qüvvələri həlak olub.
– Suriya Demokratik Qüvvələri (SDQ) əl-Şəddadi şəhərindən 800-ə yaxın İŞİD məhbusunu Həsəkə əyalətinin şimalındakı naməlum yerə köçürüb.
– Hasəkənin şimal ətrafında “SDQ” qüvvələrindən biri naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

6- Raqqa:
– Eyn İsanın şimal-şərqində Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumları nəticəsində 3 uşaq yaralanıb.
– Raqqa şəhərinin qərbində SDQ hərbi maşınına naməlum silahlının hücumu nəticəsində Suriya Demokratik Qüvvələrindən biri öldürülüb.

– Türkiyənin dəstəklədiyi terrorçular M4 şossesini artilleriya ilə hədəfə alıblar.

Keyfiyyətli Xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir