Mossad rəhbərinin məxfi məlumatları ifşa olundu! + Video

Şənbə, 19 Mart 2022 - 13:33
https://az.iswnews.com/?p=3291

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, “Əli Açıqlar” adlı anonim haker qrupu Mossad rəhbərinin məlumat videosunu yayıb.

Bu videoda İsrailin casus agentliyi olan Mossad-ın rəhbəri “David Barneya”nın məxfi sənədləri, şəxsi məlumatları və maliyyə sənədləri toplusu bu qrupa bağlı bir neçə təhlükəsizlik eksperti tərəfindən təhlil edilib.

Qrupun fikrincə, yayımladıqları məlumatlar hərbi yüksək vəzifəli şəxslər də daxil olmaqla, İsrail hədəflərinə qarşı gizli kəşfiyyat məlumatlarının nəticəsidir. Mossad-ın rəhbəri David Barneya əleyhinə olan bu əməliyyat 2014-cü ildə fəaliyyətə başlayıb.
Komandanın fikrincə, o, o vaxt Mossad-ın adı açıqlanmayan bir neçə digər yüksək rütbəli məmurları ilə birlikdə gələcəkdə təşkilatın mümkün rəhbərləri kimi komandanın hədəfində olub.

Sionist rejim son günlər daha çox haker hücumunun şahidi olub və onun əksər həssas və təhlükəsizlik saytları kiberhücumların hədəfinə çevrilib və saatlarla istifadə etmək mümkün olmur.
Rejimin təhlükəsizlik orqanları və kibertəhlükəsizlik təşkilatları haker hücumları və sızma ilə mübarizədə indiyədək ciddi uğur əldə etməyiblər. Bu onu göstərir ki, İsrail rejiminin öz kiber təhlükəsizliyinə qoyduğu böyük sərmayə iflasa uğrayıb!

Daha çox oxuyun:
İsrailin Hayfa və Aşdod limanlarına kiberhücum! + Video və Fayl


Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.