Fələstində baş verən son hadisələr, 18 Mart 2022

Cümə, 18 Mart 2022 - 16:55
https://az.iswnews.com/?p=3284

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrail rejimi rəsmiləri həssas dövlət mərkəzlərinin görünməmiş bir kiber hücuma məruz qaldığını açıqlayıblar.

– Sionist hərbçilər Əl-Xəlil şəhərinin mərkəzindəki Bab əz-Zaviyə bölgəsində fələstinlilərlə qarşıdurmada onlarla fələstinli və bir jurnalisti yaralayıblar.

– Knessetin ifratçı üzvü İtamar bin Quyer və bir sıra sionist mühacirlər işğal olunmuş Qüdsün Şeyx Cərrah məhəlləsinə basqın ediblər.

– Sionist rejim qüvvələri işğal altındakı Qüdsün şimalındakı ən-Nəqb bölgəsində yerləşən Rəht şəhəri Qələndiyyə və Bəttalə düşərgəsində 3 gənc fələstinlini şəhid edib.

– Sionist rejim Zelenskinin İsrailin vasitəçiliyi ilə müharibəni dayandırmaq üçün Rusiyanın tələblərinə təslim olması xəbərini təkzib etdi.

– İşğalçı İsrail ordusunun baş qərargah rəisi Aviv Kuxavi, İsrail ordusunun 2002-ci ildə işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi hərbi əməliyyata bənzər İsrail qüvvələrinin Qəzzanı işğal edə və bölgədəki Fələstin şəhərlərini işğal edə biləcəyini iddia edib.

– İsrail rejim rəsmiləri həssas dövlət obyektlərinin görünməmiş kiberhücuma məruz qaldığını bildiriblər. Daxili İşlər, Səhiyyə, Ədliyyə nazirlikləri və Baş Nazirlik Aparatının saytları da haker hücumuna məruz qalıb.

– IsraelTimes qəzeti xəbər verir ki, özlərini “Əli Açıq” adlandıran naməlum qrup öz Telegram kanalında Mossad rəhbəri David Barniyanın fotoşəkilləri və şəxsi sənədlərini özündə əks etdirən video yayımlayıb!

– İşğalçı İsrail hakimiyyəti rəsmiləri ən-Nəqb bölgəsində sionist mühacirlər üçün iki yeni şəhərcik yaratmağa razılıq veriblər.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.