Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Üçüncü Günü, 18 Mart 2022

Cümə, 18 Mart 2022 - 07:56
https://az.iswnews.com/?p=3265

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Birinci Günü, 24 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İkinci Günü, 25 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Üçüncü Günü, 26 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Dördüncü Günü, 27 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Beşinci Günü, 28 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Altıncı Günü, 1 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yeddinci Günü, 2 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Səkkizinci Günü, 3 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Doqquzuncu Günü, 4 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Onuncu Günü, 5 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Birinci Günü, 6 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On İkinci Günü, 7 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Üçüncü Günü, 8 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Dördüncü Günü, 9 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Beşinci Günü, 10 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Altıncı Günü, 11 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Yeddinci Günü, 12 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Səkkizinci Günü, 13 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin On Doqquzuncu Günü, 14 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirminci Günü, 15 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi Birinci Günü, 16 Mart 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İyirmi İkinci Günü, 17 Mart 2022

– Mariupolun şimal-qərbindəki rus qoşunlarının şəkilləri.

– Xerson hava limanının yeni peyk görüntüləri Ukrayna artilleriyasının hava limanındakı Rusiya helikopter bazasını atəşə tutmasından sonra ən azı 13 helikopterin tamamilə məhv edildiyini və ya ciddi zədələndiyini göstərir.

– Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə hücumlarının nəticələrini əks etdirən görüntülər.

– Mariupol şəhəri qarşıdurmalarından görüntülər.
Şəhər son günlər şiddətli döyüşlərin şahidi olub.

– “Reuters” ABŞ ordusuna istinadən xəbər verir ki, Donetsk Respublikası qüvvələrinin Marinka ətrafında gedən döyüşlərdə üç amerikalının həlak olması barədə iddiasını təkzib edib.
Bu amerikalı məsləhətçilərin adları kapitan Maykl Havker, leytenant Loqan Şurum və leytenant Kruz Tumblindir. Donetsk qüvvələri də onların çantalarının birində Tennessi ştatı bayrağının tapıldığını bildirir.

– Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna qarşı PUA əməliyyatının videosunu yayıb. Videoda Ukrayna hərbçilərinə məxsus dörd hədəfin məhv edilməsi əks olunub.
Daha ətraflı məlumat verilməyib.

– Rusiyanın Xarkov şəhərinə endirdiyi aviazərbələr nəticəsində Barabaşov bazarı yandı!
Bu, Ukraynanın ən böyük və Avropanın ən böyük bazarlarından biri idi.

– Ukrayna mətbuatının məlumatına görə, Rusiya hərbçilərinin Xarkov kənarındakı Marfa qəsəbəsinə endirdiyi raket zərbəsi nəticəsində 21 ukraynalı hərbçi həlak olub, 25-i yaralanıb.
Şəkillərə görə, bu hücumda istifadə edilən raket Kalibr qanadlı raketdir.

– Ukraynanın qərbində yerləşən Lvov şəhərində təyyarə təmiri zavodu Rusiya hərbi qüvvələrinin raket zərbəsi nəticəsində yanıb.
Türkiyənin “Yeni Akit” KİV-nə görə, zavod Azərbaycan Respublikasının MiQ-29 qırıcılarının yerləşdiyi yer olub. Qırıcılar təmir və təchizatlarının dəyişdirilməsi üçün Lvova aparılıb. Media həmçinin bu qırıcıların bir neçəsinin Rusiya hücumları nəticəsində məhv edildiyini iddia edir. Amma hələlik heç bir rəsmi mənbə xəbəri təsdiqləməyib.

– İrlandiyalı muzdluların Ukraynada olmasının videosu
Ukraynada əcnəbi muzdluların sayı artmaqdadır. Bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski demişdi ki, 16 min xarici muzdlu Rusiya ilə döyüşmək üçün Ukraynaya daxil olacaq!

– Rusiya ordusuna məxsus Kalibr qanadlı raketin Donetskin Kramatorsk şəhərində Ukrayna təhlükəsizlik xidmətinin binasını vurmasının videosu.

– Ukrayna ordusunun Baş Qərargahının Suriya qüvvələrinin Ukrayna müharibəsinə səfərbər edilməsi ilə bağlı bəyanatı:
“Mövcud məlumatlara görə, Rusiya təcavüzkarları indiyədək Suriya ordusundan və Hizbullahdan minə yaxın silahlı könüllü cəlb edib. O da aydındır ki, silahlılar Ukrayna torpaqlarında münaqişədə iştirak etmək niyyətində deyillər və bu səfərlərdən Avropa ölkələrinə getmək üçün fürsət kimi istifadə etmək niyyətindədirlər”.

– Rusiya ordusuna məxsus PUA tərəfindən Ukrayna ordusunun rabitə mərkəzlərindən birinin məhv edilməsi.
Bu videonu Rusiya Müdafiə Nazirliyi yayıb, yeri və vaxtı açıqlanmayıb.

– Ukraynanın xarici işlər naziri Dmitri Kolba Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ətraflı görüş keçirməyə hazır olduğunu bildirib.
Kolba Lavrovu dünyanın ən təcrübəli diplomatı adlandırıb!
Lavrov:
Moskva açıq şəkildə bəyan edib ki, Ukrayna ərazisinə daxil olan Qərb silahlarının göndərilməsi Rusiya xüsusi əməliyyatlarının qanuni hədəfinə çevriləcək.
Vəziyyətin nizamlanmasından sonra Rusiya Federasiyası ilə Ukrayna arasında münasibətlərin tədricən normallaşacağını gözləyirik.

– Rusiyaya məxsus raketin qalıqlarının Kiyev səmasında vurulması nəticəsində düşməsindən sonra yaşayış binası yanıb.
Ukrayna mətbuatının məlumatına görə, bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Ukrayna Müdafiə Nazirliyinin 24 fevral – 18 mart 2022-ci il tarixləri arasında ​​Rusiya ordusunun ümumi itkiləri haqqında statistikası:
142 mindən çox rusiyalı hərbçi həlak olub və yaralanıb.
450 tank, 1448 hərbi maşın, 205 artilleriya qurğusu, 72 reaktiv yaylım atəşi sistemi, 43 hava hücumundan müdafiə qurğusu, 93 təyyarə, 112 helikopter, 879 ağır texnika, 3 yüngül sürətli qayıq, 60 yanacaq tankeri və 12 PUA məhv edilib.

– Ukraynanın cənub-şərqindəki Mariupol şəhərində irəliləyən rus qoşunlarının videosu.
Mariupol münaqişəsində Rusiya ordusundan əlavə çeçen və Donetsk qüvvələri də iştirak edir. Rusiya ordusunun şəhərin şimal və qərb bölgələrində irəliləməsi, həmçinin Ukrayna ordusunun Mariupol münaqişəsinə zəif dəstəyi səbəbindən yaxın günlərdə şəhərin tamamilə Rusiya ordusu tərəfindən işğalı gözlənilir. Mariupolun nəzarətə götürülməsi ilə Ukrayna qüvvələrinin Azov dənizi sahilləri ilə əlaqəsi kəsiləcək.

– Ötən gecə, martın 17-də Militopol şəhəri səmasında Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Ukrayna ordusuna məxsus “Toçka” raketinin qalıqları.
Rusiya Müdafiə Nazirliyi Militopolda dinc sakinlərə hücumu Ukrayna qüvvələrinin cinayətkar mahiyyətinin əlaməti kimi qiymətləndirib.

– Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl və sonra Donetskin cənubunda yerləşən Volnovaxa şəhərinin peykdən çəkilmiş görüntüləri.
Velnovaxa şəhəri bu il martın 11-də rus qoşunları tərəfindən ələ keçirilib.

– Rusiya hərbi hava qüvvələri Ukraynanın şimalındakı Sami şəhərindəki hədəflərə zərbələr endirib. Ukrayna mediası hücumun mahiyyəti və onun vurduğu ziyanla bağlı təfərrüatları hələlik açıqlamayıb.

– Rusiya ordusunun Ukrayna ordusunun 79-cu briqada düşərgəsinə endirdiyi hava hücumu nəticəsində Ukrayna ordusunun 79-cu briqadasının binalarından biri dağıdılıb.

Hücum nəticəsində ölənlər müəyyən edilməyib və Ukrayna yardım qüvvələri dağıntıları təmizləyir və yaralıları xilas etməyə çalışır.

– Rusiya hərbi hava qüvvələrinin Mariupoldakı “Azofestal” metallurgiya zavoduna endirdiyi zərbənin videosu.
Bu zavod Ukrayna ordusunun Azov alayının mövqeləri və texnikasının yerləşdiyi yerdir.

– Ukrayna ordusunun artilleriyasının və pilotsuz təyyarələrin Rusiya hərbçilərinin mövqelərinə Bayraktar dron kamerası nöqteyi-nəzərindən hücumlarının yeni videosu.
Bu videonun ilk anları Ukrayna ordusunun Xerson hava limanına son artilleriya hücumunu göstərir. Hücum zamanı “Bayraktar” PUA-sı Mikolayev şəhərinin cənubunda, hədəf olan Xerson hava limanından 48 km aralıda olub və bombardman səhnəsini qeydə alıb.
Bayraktar dronunun Mikolayev şəhərinin cənubundakı yeri:
46°42’55” 31°52’10”
Videonun digər hissələri də Ukrayna ordusunun digər artilleriyası və pilotsuz təyyarələrin Rusiya hərbi mövqelərinə endirdiyi zərbələrə aiddir.

– Rusiya Müdafiə Nazirliyi hesabatında ABŞ və NATO-nun Ukraynada hərbi bioloji proqramlarının sənədlərinin araşdırılmasını davam etdirdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi də dərhal əməliyyat zamanı Xerson Bioloji Laboratoriyasının sənədlərinin məhv edildiyini iddia edir. Bunun səbəblərindən biri 2018-ci ildə Xerson şəhərində dirofilariozun baş verməsi ehtimalı ilə bağlı məlumatların gizlədilməsi olub.
Hesabat, Rusiyanın bu gün 18 mart səhər saatlarında Ukraynada ABŞ-ın bioloji laboratoriyaları ilə bağlı BMT-də təcili fövqəladə iclas təşkil olunmasını tələb etdiyi vaxtda yayılıb.

– Seyid Həsən Nəsrullah Livan Hizbullahının baş katibi:
Mən Ukrayna müharibəsində Rusiya qüvvələri ilə yanaşı Hizbullah döyüşçülərinin və ekspertlərinin olmasını qəti şəkildə inkar edirəm.
Hizbullahdan nə döyüşçü, nə də məsləhətçi bu sahəyə və bu müharibəyə daxil olmayıb.
Biz Livan hökumətindən fövqəladə orqan yaratmağı xahiş edirik, çünki Ukrayna-Rusiya müharibəsinin nəticələri artıq Livana və regiona təsir göstərir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.