Əfqanıstanda baş verən son hadisələr, 17 Mart 2022

Cümə axşamı, 17 Mart 2022 - 23:13
https://az.iswnews.com/?p=3258

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Əfqanıstanın ABŞ-dakı səfirliyi maliyyə etibarının olmaması və bank hesablarının bloklanması səbəbindən rəsmi olaraq bağlandı.

1- Təxar:
Martın 17-də Rustaq qəsəbəsinin Divari məhəlləsində Əhməd Məsud qüvvələri ilə Taliban arasında baş verən münaqişədə beş Taliban üzvü öldürülüb, ikisi isə yaralanıb. Əhməd Məsud qüvvələrinin itkiləri ilə bağlı təfərrüatlar açıqlanmayıb.

2- Ərzəqan:
Martın 15-də naməlum silahlı şəxslər Ərzəqanın Xass qəsəbəsində yerləşən Noorak məhəlləsində keçmiş hökumət hərbçisini qətlə yetiriblər.

3- Bəlx:
Martın 15-də Taliban kəşfiyyat qüvvələri iki keçmiş hökumət hərbçisi Rəcəb və Məhəmməd Xəlili həbs edib.

4- Pəktiya:
Martın 12-də Qərdiz şəhərində “Əbdəli” adlı gənc Taliban qüvvələrinin səhv atışması nəticəsində öldürülüb.

5- Bədəxşan:
Martın 16-da Bədəxşan Universitetinin yaxınlığında törədilən terror aktı nəticəsində bir tələbə yaralanıb.

6- Daykendi:
Martın 15-də Taliban silahlıları Sənq-Səxt və Kiti qəsəbələrinin iki sakinini öldürüb. Yerli mətbuatın məlumatına görə, həmin şəxslər keçmiş hökumət hərbçiləri olublar.

7- Ğur:
Martın 17-də Firuzkuh şəhər xəstəxanasının qarşısında terrorçuların törətdiyi partlayış nəticəsində bir mülki şəxs yaralanıb.

8- Kapisa:
Martın 16-da Əhməd Məsud qüvvələri Birinci Hissə qəsəbəsində Taliban qüvvələrinə hücum etdiyini iddia etdi.

9- Fərah:
Martın 15-də naməlum silahlı şəxslər keçmiş hökumətin kəşfiyyat idarəsinin xüsusi əməliyyat bölməsinin zabiti Sultan Məhəmmədi qətlə yetiriblər.

10- Hərat:
Martın 13-də Taliban yüksək rütbəli kəşfiyyat məmuru Vəhidullah Faizi və Müdafiə Nazirliyinin keçmiş zabiti Yar Məhəmmədi qətlə yetirib.

11- Helmənd:
– Martın 12-də Maricə qəsəbəsində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir ailənin 7 üzvü yaralanıb.
– Martın 15-də Qərşək qəsəbəsi əhalisi Talibanın “Yaxşılıqlara dəvət məmuru” “Moləvi Abdul Baqi Səyyar”ı asıb. Camaatın dediyinə görə, o, qadına təcavüz etmək niyyəti ilə evə girib və o, camaat tərəfindən tutularaq asılıb.

12- Nənqərhar:
Martın 16-da İran İslam Respublikasının Kabildəki səfirinin müavini Seyid Həsən Mürtəzəvi Cəlalabada gedib. O, vilayətin qubernatoru Hacı Molla Məhəmməd Naim Axund və digər rəsmi şəxslərlə görüşüb.

13- Əfqanıstanın ABŞ-dakı səfirliyi maliyyə etibarının olmaması və bank hesablarının bloklanması səbəbindən rəsmi olaraq bağlandı. ABŞ Xarici İşlər Nazirliyi Əfqanıstan səfirliyinin yardım sorğusuna cavab olaraq bildirib ki, Əfqanıstan səfirliyi əmlakı və binasının ABŞ hökumətinə təhvil verilməsi bu məsələnin həll yoludur.

Daha çox oxuyun:
Əfqanıstanda baş verən son hadisələr, 12 Mart 2022

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.