Taliban lideri Özbəkəsilli Taxar vilayətinin qubernatorunu vəzifəsindən uzaqlaşdırıb

Çərşənbə, 16 Mart 2022 - 00:50
https://az.iswnews.com/?p=3146

Martın 13-də Taliban lideri Molla Həbtullah Axundzadə Talibanın Özbəkəsilli Taxar vilayəti üzrə qubernatoru Moləvi Nurəddini və onun müavini Molla Can Məhəmmədi işdən çıxarıb.
Moləvi Nurəddin hakimiyyətdən uzaqlaşdırılmasından əvvəl Taliban onun Baharakdakı evinə baxış keçirib və onun bütün hərbi sursatı və silahlarını müsadirə edib.

Qeyd edək ki, Moləvi Nurəddinin avtomobili yanvarın 31-də naməlum şəxslər tərəfindən bombalanıb və evində partladılmışdır.

Moləvi Nurəddin və onun müavininin Taliban rəhbərliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılmasının səbəbi hələ müəyyən edilməsə də, Əfqanıstan mediası hesab edir ki, Taliban təşkilati strukturunda etnik mənsubiyyəti təmizləyir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.