Həsəkədə İŞİD ünsürləri ilə kürd silahlıları arasındakı qarşıdurmaların təfərrüatları + Video

Bazar ertəsi 24 Yanvar 2022 - 05:18
https://az.iswnews.com/?p=308

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Əl-Sənaə həbsxanası və ətrafında İŞİD ünsürləri ilə kürd qüvvələri arasında qarşıdurmalar ardıcıl üçüncü gündür ki, davam edir.

Bu gün səhər (23 Yanvar) Əl-Sənaə həbsxanasında İŞİD ünsürləri ilə kürd qüvvələri arasında baş verən toqquşmalardan sonra Suriya Demokratik Qüvvələri SDQ və YPG daxili təhlükəsizlik qüvvələri həbsxananın şimal tərəfində bir neçə nöqtəyə nəzarəti müvəqqəti olaraq ələ keçirməyə və İŞİD ünsürləri qarşısında dayanmağa nail olublar. Bir neçə saat sonra atışma şiddətlənib və kürd qüvvələri geri çəkilib. İŞİD əməliyyatçıları SDQ qüvvələrinə qarşı kamikazde hücumlar həyata keçirərək, mühasirənin təzyiqini azalda bilib və Əl-Sənaə həbsxanasında bir sıra mühafizəçi və işçiləri əsir götürüb.

Qarşıdurmaların şiddətləndiyi bir vaxtda kürd qüvvələri vəziyyətə nəzarət etmək və İŞİD ünsürlərinə qarşı mübarizə aparmaq üçün Raqqa və Mənbic şəhərlərindən Həsəkəyə əlavə qüvvələr göndərib. Kürd qüvvələrinə dəstək verən ABŞ koalisiyasının helikopterləri və qırıcı təyyarələri İŞİD-in əsas məntəqələrini hədəfə alıb və bir sıra ABŞ koalisiyasının köməkçiləri Deyr əz-Zor əyalətinin əş-Şadadi bölgəsindəki bazadan Həsəkəyə texnika ilə birgə göndəriliblər.

Suriya Demokratik Qüvvələrinə yaxın mənbələr toqquşmalarda öldürülən üzvlərinin sayını 17 ölü, 23 yaralı, İŞİD itkilərinin sayını isə 22 nəfər hesab etsə də, cəbhə mənbələri faktiki rəqəmin daha çox olduğunu və 30-a yaxın kürd qüvvəsinin öldürüldüyünü bildiriblər. Onlar öldürülüblər, bəziləri isə İŞİD ünsürləri tərəfindən başları kəsilərək qətlə yetiriliblər. Yaralıların çoxu Həsəkə və Qamışlı xəstəxanalarına aparılıb və tibb mənbələri yaralıların müalicəsi üçün qan köçürülməsi lazım olduğunu bildiriblər.

Suriya Demokratik Qüvvələri SDQ və YPG-nin daxili təhlükəsizlik qüvvələri də Hasəkənin şimal və qərb ətraflarında yerləşən Əl-Sənaə həbsxanasının daxilində və ətrafında terrorçulara kömək etməyə çalışan bir neçə İŞİD ünsür qrupunu müəyyən edib və onlarla qarşıdurma yaşayıblar.

Hava hücumlarına və ABŞ koalisiyasının Əl-Sənaə həbsxanasının ətrafına artilleriya hücumlarına baxmayaraq, İŞİD ünsürləri müqavimət göstərib və kürd qüvvələri çox az irəliləyiş əldə edə biliblər. Əl-Sənaə həbsxanası və ətrafında qarşıdurmalar davam edir və kürd qüvvələri yaxın bir neçə saat ərzində həbsxana və ətraf ərazilərin SDQ-nin nəzarəti altında olacağını açıqlayıblar.

Qeyd edək ki, qarşıdurma səhnələrinin qeydə alınması, Əl-Sənaə həbsxanasının mühafizəçilərinin əsir götürülməsi, öldürülənlərin cəsədləri və bu videoların İŞİD tərəfindən yayılması cəbhə xəttində İŞİD üzvlərinə qarşı mübarizədə olan qüvvələrə sarsıdıcı təsir göstərib.

Əl-Sənaə həbsxanasında İŞİD ünsürlərinin olmasını əks etdirən video
İŞİD öldürülənlərin videosunu yayımlayıb
İŞİD bir neçə kürd qüvvəsini əsir götürdüyünü iddia edən video yayımlayıb
ABŞ koalisiyasının helikopterləri münaqişə bölgələri üzərində uçuşlar həyata keçirib
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir