Şəbvə və Mərib cəbhələrindən ən son xəbərlər, 23 Yanvar 2022

Bazar ertəsi 24 Yanvar 2022 - 04:18
https://az.iswnews.com/?p=305

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Mərib vilayətinin cənubunda və Şəbvə vilayətinin qərbində Ənsarullahla Səudiyyə koalisiya qüvvələri arasında toqquşmalar davam edir.

Şəbvə və Mərib cəbhəsindən əldə edilən son xəbərlərə görə, Ənsarullah ilə Səudiyyə koalisiya qüvvələri arasında (Əl-Əmaləqə qüvvələrindən istifadə olunaraq) qarşıdurmalar Hərib şəhərinin şimalında və Eyn şəhərinin qərb yüksəkliklərində davam edir.
Səudiyyə koalisiyası Mənvi Vadisində etdiyi son hücumunda irəliləyərək, qarşıdurmaları Hərib şəhərinin şimal hissəsinə çatdırıb bilib.
Digər tərəfdən, eyn şəhərinin şərq istiqamətindən koalisiya qüvvələri bu bölgənin mərkəzi olan Əl-Həcəb qəsəbəsinə daxil olmaq niyyətindədirlər, lakin Ənsarullahın müqaviməti nəticəsində bu hücumlar uğursuzluqla nəticələnib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin sözlərinə görə, Ənsarullah raket qüvvələri dünən (22 Yanvar) Səudiyyə koalisiyasının toplanması və avadanlıqlarına 4 raket zərbəsi endirib. Səudiyyə koalisiyasının son hücumlar və toqquşmalar nəticəsində 120-dən çox üzvü ölüb və yaralanıb. Həmçinin koalisiya qüvvələrinin 12-dən çox hərbi maşını və zirehli texnikası Ənsarullah tərəfindən məhv edilib.
Son 24 saat ərzində Səudiyyə koalisiyasının qırıcı təyyarələri Marib əyalətini 20, Şabvə əyalətini isə 17 dəfə bombalayıb.

Bu bölgədə son on gündə baş verən hadisələrə görə, Ənsarullah raket və dron hücumlarının həcmini artırmasa və digər cəbhələrdə, o cümlədən Məribin qərbində və Şəbvənin qərbində təqib əməliyyatlarını aktivləşdirməsə, Hərib-Eyn müdafiə xəttinin uğursuzluq ehtimalı artır. Bu ehtimal olunan uğursuzluq baş tutsa, toqquşmalar Eyn şəhərinin mərkəzi olan Əl-Həcəb qəsəbəsinə və Əl-Cəvbə şəhərinə yetişəcək. Səudiyyə koalisiyasının bu keçilməz bölgələrdə Ənsarullahı məğlub etmək üçün daha çox insan gücü, hava və lojistik dəstəyə ehtiyacı var.

Daha çox oxuyun:

Oxucu sualı: Əl-Əmaləqə qüvvələri kimlərdir?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir