Şanxay üzvləri İranın bu təşkilata daxil olması mexanizmindən razıdırlar + Şəkillər

Şənbə 12 Mart 2022 - 18:52
https://az.iswnews.com/?p=2869

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Farsnews-ə istinadən xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə İran və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında məsləhətləşmələrin müsbət nəticələrinin imzalanması mərasimi keçirilib.

Bu sənəddə İran İR bu təşkilatın daimi üzvü statusunun alınması prosesini başa çatdırmaq arzusunu ifadə edib.

Bu sənəd İranın Təşkilata qoşulmağa və üzv ölkələrlə dostluq və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək etmək üçün Təşkilatın Nizamnaməsi, Beynəlxalq Müqavilələri, Təşkilatın qəbul etdiyi sənədlərin məqsəd və prinsiplərinə riayət etməyə hazır olduğunu göstərir.

Bu prosesdə növbəti addım üzv dövlətlərin sentyabrnda Səmərqənddə keçiriləcək sammiti çərçivəsində anlaşma memorandumunun imzalanması olacaq. Bundan sonra dövlət başçıları İrana üzvlük statusunun verilməsini təsdiq edəcəklər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir