Amerikalılarla döyüşdə iraqlı döyüşçü şəhid olub + FOTO

Çərşənbə 22 Noyabr 2023 - 00:53
https://az.iswnews.com/?p=28476

İraqın İslami Müqaviməti amerikalı işğalçılara qarşı əməliyyat zamanı öz qüvvələrindən birinin şəhid olduğunu elan edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraq İslami Müqaviməti noyabrın 21-də bəyanat yayaraq, İraqda amerikalı terrorçulara qarşı əməliyyat zamanı cihadçı ləqəbi “Seyid Rza” olan Fazil Əl-Məksusinin şəhadətini elan edib.

Şəhid Fazil Əl-Məksusinin şəkli

Bu şəhidin İraqın Kətaib Hizbullah qüvvələrindən olduğu və bu gün səhər saatlarında ABŞ dronlarının Bağdadın kənarında yerləşən Əbu Qureyb bölgəsində bir avtomobilə hücumu zamanı şəhid olduğu bildirilir.

Hadisə yerindən foto

Bu, son həftələrdə Amerika işğalçılarına qarşı döyüşdə İraq İslami müqavimətinin ilk şəhididir. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir