İsrail ordusunun Qəzzanın şimalında irəliləməsi; Sionistlər İndoneziya xəstəxanasına çatıblar! + VİDEO

Bazar ertəsi 20 Noyabr 2023 - 16:04
https://az.iswnews.com/?p=28439

Bu gün səhər saatlarından (bazar ertəsi) İsrail ordusu öz tanklarını Qəzza şəhərində İndoneziya xəstəxanasının qarşısına yerləşdirib. Yerli mənbələrin məlumatına görə, İsrail snayperləri İndoneziya xəstəxanası yaxınlığında Şeyx Zayedin yaşayış qüllələrində də yerləşdirilib və bu xəstəxanadakı hədəflərə hücum ediblər.

İndoneziya xəstəxanasının ətrafından bir video

Bu gün səhər saatlarından etibarən İndoneziya xəstəxanasına şiddətli hücumlar həyata keçirilir və bu hücumlar zamanı çoxlu sayda tibb işçisi və yaralılar şəhid olub. Son saatlarda bu xəstəxanaya 7 minaatan mərmisinin düşdüyü bildirilir. Sionist rejimin xırda casus quşları İndoneziya xəstəxanasının həyətində və müxtəlif yerlərində uçublar.

Bununla əlaqədar olaraq, Fələstin hökumətinin Qəzzadakı media ofisi İndoneziya xəstəxanasında növbəti cinayətin törədilməsi və öldürülməsi ehtimalına qarşı sərt xəbərdarlıq edib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qadara da elan edib: “İndoneziya xəstəxanasında vəziyyət fəlakətlidir və İsrail hücumlarını gücləndirməyə və bu xəstəxananı tamamilə xidmətdən çıxarmağa çalışır. Biz qorxuruq ki, “Şəfa” xəstəxanasının hadisələri burada da təkrarlansın. 700-ə yaxın məcburi köçkün və tibb işçisi İndoneziya xəstəxanasındadır”.

Sionist ordusunun İndoneziya xəstəxanasına hücumlarının təsirləri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir