Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 1” əməliyyatı ilə bağlı bəyanatı
![](https://az.iswnews.com/wp-content/uploads/2022/03/sammad-3-drone-768x432-1.jpg)
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri “Mühasirəni yarmaq 1” əməliyyatının təfərrüatlarını açıqlayıb.
Yəmən Silahlı Qüvvələrinin bəyanatının xülasəsi belədir:
“Xalqımıza qarşı amansız mühasirənin artmasına, eləcə də düşmənin neft məhsullarını Yəmənə daxil olmasının qarşısının alınmasına cavab olaraq Yəmən Silahlı Qüvvələri “Mühasirəni Yarmaq 1” adlı genişmiqyaslı hərbi əməliyyatı 9 PUA ilə həyata keçirib. Əməliyyatın təfərruatı belədir:
3 Səmad-3 PUA-sı düşmən Səudiyyənin paytaxtı Ər-Riyaddakı Aramco neft emalı zavodunu hədəf alıb. 6 Səmad-1 PUA-sı Cizan, Əbha və digər həssas ərazilərdə Aramco obyektlərini hədəfə alıb.”
Ənsarullahın Səudiyyə Ərəbistanındakı Səudiyyə koalisiyasının mövqelərinə son hücumlarından əldə edilən məlumata görə, əməliyyat martın 10-u səhər saatlarında həyata keçirilib. Bu hücumlar nəticəsində Ər-Riyaddakı Aramco neft emalı zavodunda yanğın baş verib və Ər-Riyad və Dammamdan Əbha hava limanına uçuşlar təxirə salınıb. Digər itkilər barədə məlumat verilməyib.
Daha çox oxuyun:
Ənsarullah PUA-sı Səudiyyə Ərəbistanının cənubunda Səudiyyə koalisiyasının mövqelərinə zərbələr endirib
Rəy