HƏMAS-ın siyasi ofisinin rəhbəri İmam Xamenei ilə görüşüb

Bazar ertəsi 6 Noyabr 2023 - 23:12
https://az.iswnews.com/?p=28121

HƏMAS-ın siyasi ofisinin rəhbəri Tehrana səfəri zamanı İslam İnqilabının lideri ilə görüşüb və söhbət edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və nümayəndə heyəti İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei ilə görüşüb.

HƏMAS-ın siyasi ofisinin rəhbəri bu görüşdə Qəzzada son hadisələr və sionist rejimin Qəzzada törətdiyi cinayətlər, eləcə də İordan çayının qərb sahilindəki hadisələrlə bağlı hesabat verib.

İslam İnqilabının Rəhbəri həmçinin Qəzzə səbirli xalqının səbr və mətanətini bir daha yüksək qiymətləndirərək, sionist rejimin ABŞ və bəzi Qərb ölkələrinin birbaşa dəstəyi ilə həyata keçirilən cinayətlərinə görə dərin təəssüf hissi keçirdiklərini bildiriblər və sionist işğalına qarşı Fələstin müqavimət qüvvələrini dəstəkləməkdə İran İslam Respublikasının daimi siyasətini vurğulayıblar.

Həzrət Ayətullah Xamenei həmçinin İslam ölkələri və beynəlxalq təşkilatların ciddi addım atması və İslam hökumətlərinin Qəzza xalqına hərtərəfli və əməli dəstəyinin vacibliyini vurğulayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir