Livanın cənubunda İsrail dronu məhv edilib + FOTO və VİDEO

Bazar 5 Noyabr 2023 - 22:29
https://az.iswnews.com/?p=28059

Hizbullahın müdafiə qüvvələri Livanın cənubunda yerləşən Nəbatiyyə səmasında İsrail ordusuna məxsus dronu məhv edib.

Bu xəbəri dərc etməzdən əvvəl Hizbullah mediası İsrailə məxsus Hermes 450 dronun tutulması görüntülərini dərc edib, lakin görünən odur ki, Nəbatiyyədə vurulan dronun qalıqları Heron 1 (Heron IAI) dronu ilə daha uyğundur.

Hizbullahın İsrailin Hermes 450 dronu izləməsi

Bu xəbərlə eyni vaxtda İsrail ordusu da Hizbullaha məxsus dronu vurduğunu iddia edib və bəzi KİV-lər Nəbatiyyənin görüntülərini Hizbullah dronuna aid ediblər.

Tərəflərin indiyədək bununla bağlı hər hansı məlumat və açıqlama yaymadığını, həmçinin dronun gövdəsinin əksər hissələrinin məhv olması səbəbindən dronun növü ilə bağlı araşdırmaların itirildiyini nəzərə alsaq, bu xəbərin məlumatını təsdiq etmək mümkün deyil.

Livanın cənubunda vurulan dronun qalıqlarının bir hissəsinin qəza yeri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir