İran və Əfqanıstan Talibanının Kəşfiyyat orqanları sərhədlərində birgə əməliyyat keçiriblər + FOTO

Şənbə 4 Noyabr 2023 - 23:43
https://az.iswnews.com/?p=28054

Yerli mətbuatın verdiyi məlumata görə, İran İslam Respublikası Kəşfiyyat Nazirliyi və Taliban Kəşfiyyat Təşkilatı qüvvələrinin birgə əməliyyatı nəticəsində İsrailin Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatının (Mossad) 3 üzvü Əfqanıstanın İranla olan sərhəd bölgəsində həbs edilib.

Bu şəxslər İran vətəndaşıdır və İran torpaqlarında kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə hücumlar həyata keçirmək və İran ilə Taliban arasında nifaq salmaq niyyətində olublar. Həmçinin bildirilir ki, Taliban yaxın vaxtlarda həbs olunan şəxsləri sorğu-sual və cəzalandırmaq üçün İrana təhvil verəcək.

İsrailin indiki böhranlı vəziyyətində belə əməliyyatların hazırlanması və həyata keçirilməsi gözləniləndir. İranın nüvə obyektləri, hərbi obyektləri və sərhəd bölgələri hücuma məruz qala bilər. Fələstin müharibəsi başlayandan bəri İsrailin farsdilli mətbuat orqanları Sistan və Bəlucistan və Kürdüstan sərhəd vilayətlərində, siyasi və sosial məsələlərdə terror hərəkatlarını aktivləşdirməyə dəfələrlə cəhd göstərsələr də, bu işdə bir neçə səbəbə görə uğur qazana bilməyiblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir