Hizbullahın işğal altındakı Fələstinin şimalında İsrail mövqelərinə hücumu

Cümə axşamı 2 Noyabr 2023 - 13:47
https://az.iswnews.com/?p=27983

Livan Hizbullahı bəyanat yayımlayaraq, işğal olunmuş Fələstinin şimalında sionist rejim əsgərlərinə qarşı iki ayrı hücumu elan edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Livan Hizbullahı noyabrın 1-də verdiyi açıqlamada işğal altındakı Fələstinin şimalında İsrail əsgərlərinə qarşı iki ayrı hücum təşkil etdiyini açıqlayıb.

Bu bəyanata əsasən, çərşənbə günü (yerli vaxtla) saat 14:05-də Hizbullah qüvvələri İsrailin Bayad Belida bazasını hədəfə alıb və bu hücum sionist əsgərlər arasında itkilərə səbəb olub.

İkinci hücumda, çərşənbə günü (yerli vaxtla) saat 15:30-da Hizbullah döyüşçüləri Xale Varde bölgəsindəki Kənd Təsərrüfatı Batalyonunun qərargahını artilleriya hücumları ilə hədəfə alıblar, nəticədə bir neçə sionist əsgər həlak olub və yaralanıb.

Sionist ordunun sözçüsü bununla bağlı elan edib: “Livanın cənubundan sionistlərin Şumra qəsəbəsinə doğru bir neçə minaatan atılıb”. Digər tərəfdən, Kan İvrit şəbəkəsi işğal olunmuş Fələstinin şimalında yerləşən Şumranın şərqindəki “Şatula” bölgəsində həyəcan sirenləri çalındığını bildirib.

Qeyd edək ki, son günlər Livanın cənub sərhədləri ilə işğal olunmuş Fələstinin şimalında atışma əvvəlki həftələrlə müqayisədə azalıb. Bu məsələni İsrailin Qəzzada son hərəkətləri ilə əlaqələndirmək olar, çünki İsrailin şimal cəbhəsində qarşıdurmaların azalması və Qəzzada yeni quru əməliyyatlarının başlanmasının üst-üstə düşməsi göstərir ki, hazırda bu rejimin hərbi komandirlərinin diqqətinin böyük hissəsi bu istiqamətə yönəlib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir