Yəmənin Ənsarullah hərəkatı Eylat bölgəsində İsrail ordusunun mövqelərinə hücum edib + VİDEO

Çərşənbə axşamı 31 Oktyabr 2023 - 23:52
https://az.iswnews.com/?p=27883

Yəmənin Ənsarullah hərəkatının bir neçə pilotsuz təyyarəsi və ya raketinin işğal altındakı Fələstinin cənubundakı Eylat şəhərinə hücumundan sonra bu şəhərdə həyəcan sirenləri çalınıb.

İsrailin Eylat şəhərindəki mövqeləri və bu şəhərin şimalında yerləşən Ramon hava limanı Yəmənin Ənsarullah hərəkatının raket və ya pilotsuz təyyarələri ilə iki dəfə hücuma məruz qalıb. Sionist media iddia edib ki, İsrail ordusunun müdafiəsi bu hücuma qarşılıq verib və Yəmənin kamikadze pilotsuz təyyarəsini məhv edib. İsrail Hərbi Hava Qüvvələri Qırmızı dənizin sahil bölgələrindən İsrailə doğru atılan “yer-yer” tipli raketə də cavab verdiyini açıqlayıb.

Qeyd edək ki, sionist mediası bu əməliyyatın təfərrüatlarını açıqlayarkən Səudiyyə Ərəbistanı ordusu və Misir ordusunun bu hücumların dəf edilməsində İsrailə əməkdaşlıq və yardımını iddia edib.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada bu əməliyyatın məsuliyyətini öz üzərinə götürərək, bunu Yəmənin İsrailə qarşı üçüncü raket və pilotsuz təyyarə əməliyyatı adlandırıb.

Eylat şəhərinin və işğal olunmuş Fələstinin cənubundakı Ramon hava limanının yeri
Eylat şəhərində İsrailin müdafiə sistemlərinin fəaliyyəti
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir