Şiə azan səsi ilə Dağlıq Qarabağda psixoloji müharibə

Cümə 11 Mart 2022 - 17:00
https://az.iswnews.com/?p=2787

Azərbaycan Respublikasının hərbi qüvvələri, sakinlər və Dağlıq Qarabağ bölgəsinin Ermənistan hökuməti arasında gərginlik davam edir və psixoloji müharibəyə çevrilib.

Azərbaycan ermənilərin istehkamlar tikmək, müharibəyə hazırlığından xəbər verir və təmas xəttində azan səsləndirir.
Ermənistan tərəfi isə bildirir ki, Azərbaycan hökumət qüvvələri erməni dilində sakinlərin kəndləri tərk etməklə hədələyir. Dağlıq Qarabağda bu dəfə psixoloji və təbliğat müharibəsi ilə etnik gərginliyin yeni mərhələsi başlayıb. Azərbaycanın İTV kanalında 26 fevral 2022-ci il Xocalı qətliamının ildönümünə təsadüf edən xəbərlərdə Müdafiə Nazirliyinin təmas xətti boyunca azan səaləndirdiyini bildirib.
Hadisədən bir gün sonra bu kanal Müdafiə Nazirliyinə istinadən ermənilər qala tikdiklərini deyərək vurğulayır: “Azərbaycan Müdafiə Nazirliyi Pirlər Əsgəran kəndində səsgücləndiricidən istifadə edərək erməni dilində xəbərdarlıq edib. Müdafiə Nazirliyinin qüvvələri onlara bildiriblər ki, əgər onlar Azərbaycana məxsus ərazilərdə yaşamaq istəyirlərsə, qanunsuz əməllərinə son qoymalıdırlar, əks halda Azərbaycan ərazisini tərk etməli olacaqlar.
Ermənilər Pirlər kəndini Xurmort və Əsgəran Askaranran adlandırırlar.
İTV Ermənistanın Dağlıq Qarabağ əyalətinin paytaxtı Xan Kəndi şəhərinin mənzərəsi olan Şuşakənd ərazisində 12 imam şiə azanının və Azərbaycanın dövlət himninin gündəlik yayımı ilə bağlı növbəti xəbər yayıb. Ermənilər Xankəndini Stepanakert adlandırır və ondan Azərbaycan Respublikasında özünü elan edən və qeyri-qanuni olan Artsax dövlətinin paytaxtı kimi istifadə edirlər. Bu hökumət hələ heç bir başqa hökumət tərəfindən rəsmi olaraq tanınmayıb və Birləşmiş Millətlər Təşkilatının üzvü deyil. Azərbaycan Respublikası parlamentin təsdiqi ilə və yeni bölmələr şəklində Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etdi.

Ermənilərin bu hadisələrə reaksiyası:

Bu hadisələr hər gün o dərəcədə davam edir ki, Ermənistanın insan haqları və xəbər dairələri bu məsələyə olduqca həssas yanaşırlar.
Erməni hüquq müdafiəçiləri şənbə günü, martın 5-də gərginliyin olduğu bölgələrə gedib. Armenian Press yazır: Martın 5-də Ermənistan Respublikasının hüquq müdafiəçisi Kristin Qriqoryan Dağlıq Qarabağa səfəri zamanı qondarma Artsax Respublikasının Baş Prokuroru və İnsan Hüquqları Müdafiəçiləri ilə görüşüb. O, həmçinin Əsgəran rayonunun Pirlər (Xormort) kəndində səfər edərək və vəziyyətlə tanış olub.
Armenpress bu erməni fəalın Facebook səhifəsindəki yazını saytın hesabatından sonra dərc edib: “Mən Artsaxın baş prokuroru Qorgen Narsisyanla görüşdüm, o, Azərbaycan tərəfinin sərhədyanı şəhərlərin normal həyatını pozmağa, sakinlərə psixoloji təzyiq göstərməyə və onlar arasında panika yaratmağa yönəlmiş hərəkətləri barədə ətraflı danışdı. Daha sonra Əskaran rayonunun Xormort kəndində oldum və mövcud problemlərlə yerindəcə tanış oldum. Vəziyyət təkcə narahatedici deyil, həm də xoş xəbər eşitdim. Belə ki, müharibədən sonra kənddən köç olmayıb və bütün sakinlər qayıdıb yenidən doğma şəhərlərinə yerləşiblər.”
Azadlıq radiosunun erməni bölməsi də Pirlər kəndindən xəbər yayaraq bildirib:” Kənd sakinləri bildirirlər ki, Azərbaycan qüvvələri fevralın 16-da Pirlər Əsgəran kəndində əkinçiləri atəşə tutub və nəticədə bir ədəd traktor zədələnib. Bu hadisədən sonra Rusiya Federasiyasının sülhməramlı qüvvələri bufer zonaya yerləşdirilib. Azərbaycan qüvvələrinin kəndin erməni sakinlərinə qarşı xəbərdarlıqla yanaşı, azan səsindən də istifadə etməsi böyüklər və uşaqlar arasında qorxu və panikaya səbəb olub.”
Ermənistan hökumətinin Dağlıq Qarabağdakı nümayəndəsi Hunan Tatusyan KİV-ə bildirib ki, Azərbaycan tərəfindən kəndin boşaldılması elanı sakinlərin narahatlığına səbəb olub. Polis qüvvələri səngərlərə yerləşdirilib, Rusiya sülhməramlıları azərbaycanlılarla danışaraq onları bu narahatedici hərəkətlərə son qoymağa çağırır.

Zurik Abrahamian Dehyar Xərmurt (Pirlər) Şuşi News-ə bildirib ki, “Azərbaycan tərəfi yalnız bizim cavabımızdan sonra susdu. Sonra sülhməramlı komandirinə zəng etdim, qüvvələrin komandirini göndərdi, onlar iki BTR ilə kəndə gəldilər, bütün sərhədi dolandılar, Azərbaycan komandanlığı və sülhməramlı komandanlığı sərhəddə danışıqlar apardılar”.

Shushi News bazar günü (martın 6-da) Azərbaycan qüvvələrinin atəş açması barədə məlumat yayıb.
Həmçinin həmin gün Azərbaycan ordusu Dağlıq Qarabağda daha bir cəbhəni atəşə tutub. Shushi News Taqavard kəndinin icra nümayənfəsi Szak Xaçaturyan sitat gətirir: “Azərbaycan silahlı qüvvələri yerli vaxtla saat 13:00-dan 15:00-a qədər Taqavard kəndini atəşə tutublar”. Hər iki tərəfdən itkilər barədə heç bir məlumat verilmir.
Görünən odur ki, Dağlıq Qarabağda daimi qarşıdurmalar siyasəti hələ də Azərbaycan hökuməti tərəfindən aparılır, nəticədə isə atəşkəs pozulur. Hökumət də azan kimi dini təlimlərdən ölkənin bəzi dindarlarını özü ilə bu işdə şərik etmək üçün alət kimi istifadə edir. Ermənilərə qarşı psixoloji müharibədə şiə azanından istifadə edilməsinin digər nəticəsi İslama qarşı qorxu və nifrət yaratmaq, zorakılığa sövq etməkdir ki, bu da ermənilərin İslama və xüsusilə şiə məzhəbinə nifrət etməsinə səbəb olur. Azandan sui-istifadə edən Azərbaycan hakimiyyəti ölkə daxilinfə bir çox dini ayinlətin sui-istifadəsinə maneə olur. Azərbaycanda din alimlərinə, dini saytlara ağır təzyiqlər edilir, hökumətin siyasətini tənqid edən din xadimləri həbsxanalara göndərilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir